თეგები : Marneuli
სტატიები
9 yanvar üçün ulduz falı
9 yanvar üçün ulduz falı
Qoç - günün emosional fonu əlverişli deyil. Situasiya gərgindir. Sakitliyin hətta görüntüsünə nail olmaq çətindir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv və sərt olmayın. Nəyin bahasına olursa-olsun, bildiyiniz kimi davranmaq istəyi işdə və evdə problemlərə səbəb ola bilər.
Buğa - emosiyalar və hisslərlə zəngin gündür. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların gerçək niyyətlərini və planlarını müəyyənləşdirməyə cəhd göstərin. Əvvəllər ümumi dil tapmadığınız insanlarla münasibətləri normallaşdıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişli gündür.

Əkizlər - sakit və xoş gündür. Əvvəllər başladığınız işləri bitirməyə çalışın. Bütün məsələlərdə yaxın ətrafınızdakı insanlarla razılaşmayacaqsınız. Amma fikir ayrılıqlaır yaranarsa, diplomatik səyləri işə salaraq münaqişələrə yol verməyin.

Xərçəng - əvvəlki günlərdən fərqli olaraq indi bir sıra məsələlərin həlli çətinləşir. Gərəkli nəticəni əldə etmək üçün müəyyən daxili sədləri dəf etmək, zəifliklərinizə qalib gəlmək lazımdır. Amma özünüzlə mübarizəniz o qədər də asan olmayacaq.

Şir - mühüm hadisələr vəd etməyən gündür. Zaman rəvan və sakit keçir. Situsiyadan yararlanaraq plan və niyyətlərinizi gerçəkləşdirməyə, yarımçıq işləri başa vurmağa çalışın. İşgüzar görüşlər pis keçmir. Amma məsələlərin yekun həlli tezliklə əldə olunmayacaq. Səbrli, təmkinli olun.

Qız - gün məhsuldar olacaq. Detallara diqqət və təfərrüatlara ciddi fikir verilməsini tələb edən işlər üçün münasib zamandır. Həll olunması gərəkən istənilən diqqətlə düşünün, heç nəyi nəzərdən qaçırmayın. Belədə taktikanız uğurlu olacaq.

Tərəzi - maraqlı və uğurlu gündür. Başladığınız işlərdə uğur qazanacaqsınız. Problemlərin həlli orijinal yanaşma, qeyri-standart həllər tələb edir. Rutin işlər aktiv çalışmağınızı ehtiva edir.

Əqrəb - mürəkkəb və çətin gündür. Yaxın ətrafınızdakı insanlar sanki səbrinizi sınağa çəkirlər. Onlar mövqeyinizə və fikirlərinizə qulaq asmaq istəmirlər. Münaqişələrdən yayınmağa çalışsanız da, buna nail olmaq asan deyil.

Oxatan - əlverişli və yaxşı gündür. Başladığınız işlərin hamısının öhdəsindən gəlməyə çalışın. Köhnə dostlar və sınanmış müttəfiqlər sizə yardım edəcəklər.
Yeniliklərə olan marağınız artır. Başqasının təcrübəsindən yararlanmağa can atın. Cari işlər darıxdırıcı deyil. Daha maraqlı işlə məşğul olmaq üçün yetərincə vaxt qalır.

Oğlaq - gün ərzində yaranan problemlərə soyuqqanlı yanaşmayın. Onlar öz-özünə həll olunmayacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv fəaliyyətə lüzum duyulur. Nə qədər çox işgüzar olsanız, gün ərzində o qədər az problemlə qarşılaşacaqsınız.

Dolça - maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Gəlir, əvvəllər gördüyünüz işə görə ödəniş istisna deyil. İşgüzar danışıqlar məhsuldar keçəcək. Həmsöhbətlərinizi haqlı olduğunuza inandırın. Əvvəllər opponentlərinizin tərəfində olan insanların da dəstəyini qazanmağa çalışın.

Balıqlar - təxribatlara uymayın. Bədxahlardan kiminsə sizin əhvalınızı pozmağa cəhd göstərməsi istisna deyil. Soyuqqanlı olun, müqavimət göstərin. Təmkinli davransanız, bu gün səhvlərdən yayına bilərsiniz.
სრულად
"WhatsApp"a 3 yeni, maraqlı funksiya əlavə olunur - Şəkilli izah - FOTO
"WhatsApp"a 3 yeni, maraqlı funksiya əlavə olunur - Şəkilli izah - FOTO
Dünyanın ən populyar mesajlaşma şəbəkəsi olan "WhatsApp"a yeni funksiyalar əlavə olunacaq.
სრულად
40 yaşından sonra qadınlar bu 3 içkini içməlidir
40 yaşından sonra qadınlar bu 3 içkini içməlidir
40 yaşından sonra qadınlarda baş verən endokrin pozğunluqlar və hormonal dəyişikliklər artır. Ona görə hormonları tənzimləmək üçün bu 3 içkini hazırlayıb həftədə 2-3 dəfə içməyi məsləhət görülür.
სრულად
VİDEO- Süfrənizə xüsusi dad qatacaq pirojnalar
VİDEO- Süfrənizə xüsusi dad qatacaq pirojnalar
Xanımlar asan üsullardan istifadə edərək şirniyyat hazırlamağa üstünlük verirlər. Şirniyyatın tez bir zamanda hazırlanması üçün asan yolla bişirilən şirniyyat reseptlərini bilmək vacibdir.
სრულად
Qışda susuz qaldığımızı bildirən əlamətlər
Qışda susuz qaldığımızı bildirən əlamətlər
Yay fəslindən fərqli olaraq insanlar qışda su içməkdə çətinlik çəkirlər. Çünki isti havalarda kifayət qədər tərlədiyimizə görə, orqanizmin suya olan tələbabatı da artır. Qışda isə bədənin istiliyini çay və qəhvə kimi içkilərlə tənzimləmək mümkün olur. Bütün bunlara baxmayaraq orqanizmin suya olan tələbatı dəyişmir.
სრულად
8 yanvar üçün ulduz falı
8 yanvar üçün ulduz falı
Qoç - səhər saatlarından etibarən aktiv olun. Diqqətinizi cari işlərdən yayındıra biləcək amillər formalaşa bilər. Fəaliyyətdə ləngimə, anlaşılmazlıq, hərəkətlərlə qərarların tərəfdaşla razılaşdırılmamış şəkildə izharı, məlumatın ötürülməsində yanlışlıq ola bilər.
სრულად
Portağal qabığının içinə zeytun yağı tökün və yandırın - FOTOLAR
Portağal qabığının içinə zeytun yağı tökün və yandırın - FOTOLAR
Bədəndə immuniteti çoxaldan meyvələrdən biri də portağaldır.
სრულად
Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər
Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər
Çinin Sun Yatsen Universitetinin alimləri "poxmel"lə ən effektli mübarizə aparan içkini müəyyən ediblər.
Mütəxəssislərin araşdırmalarına görə, limon şirəsi ilə qazlı su digər vasitələrlə müqayisədə "poxmel"in əlamətlərini daha yaxşı aradan qaldırır.

Bu içkilərin qarışığı orqanizmdə alkoqolun parçalanmasına və xaric edilməsinə cavabdeh olan fermentləri aktivləşdirir.

Qazlı su ilə limon asetaldehidin konsentrasiyasını azaltmağa kömək edir. Bu maddənin miqdarı orqanizmdə spirtli içki qəbul etdikdən sonra artır və insanın özünü yaxşı hiss etməsinə mənfi təsir göstərir.

Alimlər qeyd ediblər ki, "poxmel" sindromunun yaranmasına səbəb təkcə qəbul edilən alkoqolun miqdarı deyil, onun orqanizm tərəfindən gec "sovurulmasıdır".


სრულად
Gənc repçi Afıq Novruzov  "Gürcüstanın ulduzu" musiqi müsabiqəsinə qatılıb
Gənc repçi Afıq Novruzov "Gürcüstanın ulduzu" musiqi müsabiqəsinə qatılıb
Marneulili gənc repçi Afiq Novruzov (Nato) Meqa şou "Gürcüstanın ulduzu" musiqi müsabiqəsinə qatılıb.
სრულად
Yuxu haqqında bildiklərimiz yanlış ola bilər
Yuxu haqqında bildiklərimiz yanlış ola bilər
Texnologiya cihazlarının yuxumuzu azaltması ilə bağlı narahatlıqlara baxmayaraq, qədim zamanlardakından daha çox yata və yuxunun məqsədini yanlış anlamış ola bilərik.
სრულად