İsti
və ilıq bir duş almaq insanı nə qədər rahatlatsa, üşüməsini aradan
qaldırsa da, soyuq duş almağın orqanizmə daha çox faydaları var.
İlk əvvəl bu çətin olsa da bədən tədricən öyrəşir.
Qoç
- İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər
yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq
istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu
minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli
davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.
Buğa
- Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və
ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar
qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi
münasibətlərdə təşəbbüs zamanıdır.
Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf
etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına
həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan
insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə
rəğmən, ixtilafın qarşısını almaq asan deyil.
Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf
edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım
edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün
əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra
onlardan biri faydalı ola bilər.
Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik,
rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı,
yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz.
İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən
çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.
Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və
təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki
günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan
şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri
dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla
qarşılaşacaqsınız.
Tərəzi - Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən
əlverişsiz, gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan
verməyin. Önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat
yaratmaq cəhdləriniz uğursuzluğa düçar ola bilər. Bacarıq və
biliklərinizi görmək istəmir, çatışmazlıqlarınızı isə həddən ziyadə
şişirdirlər.
Əqrəb - İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı
keçəcək. İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa
biləcəksiniz. Mürəkkəb və genişmiqyaslı peşəkar layihələrə başlamaq
olar. Kommersiya fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən
də artıq ola bilər.
Oxatan - Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin
nəticələrini dərhal görməyəcəksiniz. Səbirli olun. Hadisələri
sürətləndirmək, süni təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə
vəd etmir. Yeni işgüzar münasibətlər yaratmaq, işdəki münaqişəni
çözmək və nizamlamaq üçün əlverişli zamandır.
Oğlaq - Bu gün qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar
yaşamınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz
insanlarla ünsiyyət üçün yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu
hami arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları
yaranır. Daha maraqlı, maaşı yüksək olan iş tapa bilərsiniz.
Dolça - Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər
yaranacaq. Şəxsi münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə
olunmur. Ən pisi odur ki, niyyət və planlarınızda konkretlik
yoxdur. Sonradan sizə təəssüf hissi yaradacaq addımlar atmayın.
Balıqlar - İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən
problemin və ya çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri
üstələyin. Hətta ən çətin durumda belə, qətiyyəti və inamı
itirməyin. Toplantı, iclas və ya seminara qatılmaq üçün münasib
zamandır.
Almanlar sevgi ilə bağlı deyimə elmi tərəfdən
yanaşıblar. Müəyyənləşdirməyə çalışıblar ki, doğrudanmı ürəyə yol
mədədən keçir?
Araşdırmanın nəticələri Almaniyanın məşhur "Der Spiegel" jurnalında
nəşr olunub.
Qoç
- Çətin, mürəkkəb gündür. Problemlərin axını axşam saatlarına qədər
davam edə bilər. Gözlənilməz dəyişikliklər və xəbərlər sürətlə
bir-birini əvəzləyir. Ardıcıllıq yoxdur. Perspektiv istiqaməti
seçin, irəliləyin və arxaya baxmayın.
Amerikalı alimlərin apardığı araşdırma zamanı
məlum olub ki, uzun müddət bir yerdə oturub televizora baxmaq
bağırsaq xərçəngi yaranmasına səbəb olur. Bu, xüsusilə 50 yaşa kimi
olan insanlar arasında daha çox yayılıb.
Qoç
- Heç olmasa, bu gün inadkar, tərs olmayın. Çevik, kompromisslərə
meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və həmkarlarla olan
çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə olarsa, çalışma
ritminin artdığını, mühitin yaxşılaşdığını hiss
edəcəksiniz.
Qoç
- Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər
mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə
rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının
nümayəndələri ilə təmaslarda diqqətli olun.