Bu gün, 21 sentyabr tarixində Amerika Birləşmiş Ştatları
Səfirliyinin mətbuat attaşesi Con Ferri Marneuli Amerika Guşəsində
qonaq olub.
Amerika Birləşmiş Ştatlarının Gürcüstan Səfirliyinin mətbuat
attaşesi Marneulili gənclərlə görüşüb, onların ehtiyaclarını
dinləyib və öz təcrübəsini bölüşüb.
“Sevinirəm ki, Marneulidəyəm. Bu mənim Marneuliyə
ikinci səfərimdir. Bizim Gürcüstan miqyasında, Marneuli də daxil
olmaqla 15 guşəmiz var. Ən fəal işləyən guşələrimizdən biri
Marneulidir. Biz burada tələbələri, jurnalistləri, araşdırmaçıları
və ictimaiyyətdən hamını qəbul edirik ki, Amerika haqqında daha çox
öyrənsinlər, ingilis dilində təcrübələri olsun, ABŞ-da təhsilə
davam etmək barədə məlumat alsınlar, bizim proqramın məzunları ilə
görüşsünlər. Mən ABŞ-ın Gürcüstan səfirliyinin mətbuat attaşesi
olaraq buraya gəlmişəm ki, kitabxanaya gələn, xüsusilə azərbaycanlı
icma üzləri haqqında daha çox öyrənim. Hesab edirəm ki, Gürcüstanda
bu icmanın çox mühüm rolu var. Belə ki, yerli sakinlərlə görüşməyim
çox yaxşı olacaq”, – Con Ferri bildirdi.
ABŞ-ın Gürcüstandakı səfirliyinin mətbuat attaşesi “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, regionlarda Amerika
Guşəsinin olması mühümdür. Daha çox adam ABŞ mədəniyyəti, ABŞ-ın
Gürcüstanda həyata keçirdiyi layihələr, imkanlar haqqında daha çox
məlumat alır.