Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlim keçirirlər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk
həftəlik brifinqdə söyləyib.
O bildirib
ki, Türkiyə, Azərbaycan və Gürcüstanın axtarış və
xilasetmə bölmələri hərbi təlimdə iştirak edirlər.
Z. Aktürkün sözlərinə görə, manevrlərin məqsədi bölmələr arasında
dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin
gücləndirilməsidir.