Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük
postunda hazırda 1 103 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verir.
Məlumata görə, bu ötən günə nisbətən gözləyən avtomobillərin
sayında 287 nəqliyyat vasitəsi azalması deməkdir.
Qurumun açıqlamasında deyilir ki, gömrük-keçid məntəqələrində yük
maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını
davam
etdirilir. Bu da onlara səfərlərini planlayarkən gömrük
postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan
yaradır.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat
vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda
164, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda
27, “Samur” gömrük postunda 47 və “Xanoba” gömrük postunda 10 yük
maşını var.