Dekabrın 14-də keçiriləcək sammit Ukrayna, Moldova, Gürcüstan və
Qərbi Balkan ölkələrinin Avropa İttifaqına mümkün qəbulu ilə bağlı
həlledici olacaq.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bizim Avropa Komissiyasından üzvlük üçün namizəd ölkələrlə
bağlı
tövsiyəmiz var və biz Ukrayna, Gürcüstan, Moldova və Qərbi
Balkanların bütün ölkələri ilə bağlı qərar verməliyik. Sabah baş
tutacaq müzakirələr həlledici olacaq”, - deyə Makron bildirib.