Avropa Şurası Gürcüstana namizəd statusu vermək qərarını qəbul
edib.
Bu barədə Avropa Şurasının prezienti Şarl Mişel X-də (Keçmiş
Twitter) məlumat yayıb.
Avropa Şurası həmçinin Ukrayna və Moldova ilə üzvlük danışıqlarına
başlamaq qərarına gəlib.
Avropa İttifaqı üzvlük meyarlarına lazımi uyğunluq dərəcəsinə
çatdıqdan sonra Bosnia-Herseqovina ilə danışıqlara başlayacaq. Şura
komissiyanı mart ayına qədər belə bir qərar üçün hesabat
hazırlamağa dəvət edib.