Gürcüstan Prokurorluğu işə məhkəmədə baxılması ilə bağlı vəkilə
qarşı hədə-qorxu və zorakılığa görə biri azyaşlı olmaqla iki şəxsə
qarşı ittiham irəli sürüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq
zamanı müəyyən edilib ki, dekabrın 7-də Tbilisi Şəhər Məhkəməsində
prosesdən sonra iki nəfər təqsirləndirilən şəxsin vəkilinə fiziki
təzyiq göstərib, o cümlədən azyaşlı şəxs vəkili öldürməklə
hədələyib.
Bir şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü
hissəsi (müdafiənin həyata keçirilməsi və işə məhkəmədə baxılması
ilə bağlı zorakılıq), azyaşlıya isə Cinayət Məcəlləsinin 365-ci
maddəsinin 2 və 3-cü hissələri ilə ittiham irəli sürülüb.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan
tədbirinin uzadılması xahişi ilə qanunla müəyyən edilmiş müddət
ərzində Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək. Cinayəti
törətmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində Daxili
İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam
etdirilir”, - məlumatda deyilir.