Xüsusi İstintaq Xidmətinin əməkdaşları məhkəmənin hökmü əsasında
zorakılıq faktları üzrə Daxili İşlər Nazirliyinin
Axaltsixe şəhərində Mühafizə Polis İdarəsinin müfəttişini
saxlayıblar.
Bununla bağlı Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Qurumdan verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində
asayiş keşikçisinin bu ilin noyabr ayında törətdiyi 3 zorakılıq
epizodu ifşa edilib.
“İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın
17-də Axaltsixe şəhərinin Kostava küçəsində qarşılıqlı mübahisə
zəminində mühafizə polisinin inspektoru H.S. vətəndaş M.M-ni təhqir
edib.
2023-cü il noyabrın 19-da hüquq-mühafizə orqanının əməkdaşı
qarşılıqlı mübahisə zəminində zərərçəkmişin oğluna və onun dostuna
Axaltsixe rayonunda yaşadığı evin yaxınlığında fiziki təzyiq
göstərib.
27 noyabr 2023-cü il tarixdə Axaltsix rayonunda mühafizə polisinin
inspektoru zərərçəkmiş M.M.-lə yenidən görüşərək onu dəfələrlə
döyüb, üzünə bir neçə zərbə vurub və hər iki əlini boğazına
sıxıb.
Xüsusi İstintaq Xidməti zərərçəkmiş vətəndaşın şikayəti əsasında
cinayətin videokamera qeydlərini tələb edib; O, məhkəmə-tibbi
ekspertizası təyin edib, rəyə əsasən, zərərçəkmişlərdən birinin
bədənində əzilmiş-deşilmiş xəsarətlər və kəsiklər olub. Həmçinin,
asayiş keşikçisinin cinayətini ifşa edən digər sübutlar da əldə
edilib və bunun əsasında müfəttiş zorakılıq ittihamı ilə
saxlanılıb.
Cinayət 2 ilə qədər həbs cəzası nəzərdə tutur. Xüsusi İstintaq
Xidməti faktla bağlı araşdırmaları davam etdirir”, -
deyə agentlikdən bildirilib.