"Hörmətli gürcü xalqı, biz diz çökmədik, ləyaqətlə
qalib gəldik. Avropa İttifaqına namizəd statusunu layiqincə
qazandıq. Bu tarixi qələbə Sizə məxsusdur, bizim yenilməz,
sarsılmaz, qürurlu və azad gürcü xalqına".
Bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azadlıq
Meydanında ölkəsinin Avropa İttifaqına namizəd statusunun əldə
etməsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib
ki, hökumət və xalq Aİ-yə namizəd statusunu
layiqincə qazanıb:
“Namizəd olmağınız münasibətilə
təbrik edirik! Mübarizə etdik, çox çalışdıq və birlikdə qalib
gəldik. Biz bu qələbəyə layiqik. Gürcü xalqı adından çalışdıq,
vuruşduq və birlikdə bu qələbəni qazandıq".
Onun sözlərinə görə, indi Gürcüstan daha böyük qələbəyə, ölkənin
birləşməsinə hazırlaşmalıdır: “Bu yol asan olmayıb, çox sınaqlardan
keçmişik, çox çətinliklərlə üzləşmişik, lakin biz bu yolu
ləyaqətlə, qətiyyətlə addımlamışıq və bugünkü vəziyyətə gəlmişik.
Bu gündən Gürcüstan Avropa ölkəsinə çevrildi".