Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük
postunda hazırda 850 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat
vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda
48, “Biləsuvar” gömrük postunda 55, “Mazımqara” gömrük postunda 17,
“Samur” gömrük postunda 12 yük maşını var, “Xanoba” gömrük postunda
isə maşın yoxdur.
"AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı
daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara
səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun
olaraq addım atmağa imkan yaradır", - deyə məlumatda
qeyd olunub.