1 ildə maaş alanların sayı 4% artıb - PMCG
2023-cü ilin noyabr ayında aylıq əməkhaqqı alanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 4,4 faiz artıb. Bu, PMCG-nin araşdırmasında qeyd olunur.

“2023-cü ilin noyabr ayında 0-dan 600 lariyə qədər aylıq əmək haqqı alanların sayı 17,7% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz bəndi, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,3 faiz bəndi azalıb.

2023-cü ilin noyabr ayında 2400 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 23,2% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz bəndi, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 7,9 faiz bəndi çoxdur.

2023-cü ilin noyabr ayında 9600 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 2% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz bəndi, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 0,7 faiz bəndi artım deməkdir”,
- araşdırmada qeyd olunub.

Mənbə: BPN

Print E-mail
FaceBook Twitter Google