AUSTRIAN AIRLINES Tbilisi hava limanında fəaliyyətə başlayır
2 may 2024-cü il tarixindən etibarən AUSTRIAN AIRLINES Tbilisi hava limanında fəaliyyətə başlayacaq.

Gürcüstan Hava Limanları İttifaqının məlumatına görə, aviaşirkət həftədə 3 dəfə Vyana-Tbilisi-Vyana istiqamətində birbaşa müntəzəm reyslər həyata keçirəcək.

“Artıq biz Aİ-yə üzvlüyə namizəd statusunun ilk nəticələrini görürük ki, bu da il ərzində Avstriya Hava Yolları ilə danışıqların yekun mərhələsinin uğurla başa çatmasına töhfə verib”, -
deyə Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze bildirib.

Aviabiletləri bu gündən etibarən aviaşirkətin www.austrian.com rəsmi saytından əldə etmək olar.

1957-ci ildə əsası qoyulan AUSTRIAN AIRLINES Avstriyanın rəsmi aviadaşıyıcısı və Lufthansa Qrupunun törəmə şirkətidir. Star Alliance üzvü olan aviaşirkət 55 ölkədə 120 istiqamətə uçuşlar həyata keçirir. Tərkibində 65 təyyarə var ki, onların da əksəriyyəti Airbus A320 tipli hava gəmilərdir.

Mənbə: Netgazeti

Print E-mail
FaceBook Twitter Google