Hakim partiyanın sədri: “Gürcüstan Moldova və Ukraynadan əvvəl Aİ-yə daxil olacaq”
Gürcüstan Ukrayna və Moldovadan əvvəl Avropa ittifaqına (Aİ) daxil olmağı gözləyir.

Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze deyib.

"Biz Ukrayna və Moldovadan əvvəl Aİ-yə daxil olacağıq”,
- deyən Kobaxidze əlavə edib ki, ötən il Gürcüstan tək Aİ-yə namizəd statusu almağa deyil, həm də danışıqlara başlamağa layiq idi.

O xatırladıb ki, Tbilisi Aİ ilə azad ticarət sazişləri, eləcə də viza rejiminin liberallaşdırılması məsələlərində Kiyev və Kişinyovu qabaqlayıb. Halbuki, Gürcüstanla danışıqlar adları çəkilən ölkələrdən gec başlamışdı.

Mənbə: report.az

Print E-mail
FaceBook Twitter Google