Saimerloda ayinlər zalı binasının tikintisi başa çatıb
Marneuli bələdiyyəsinin Saimerlo kəndində ayinlər zalı binasının tikintisi başa çatıb. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, indiki mərhələdə daxili kosmetik işlər həyata keçirilir və güman ki, fevralın sonunda başa çatacaq.

“Əslində fevralın sonunda təhvil verməliyik, sonra artıq yerli özünüidarə kənddə hansı problem olduğunu araşdıracaq və ona əsasən bina təchiz
olunacaq”,
– Davit Çikadze bildirib.

Marneuli yerli özünüidarəsi Saimerlo kəndində ayinlər zalının tikintisinə 1 301 600 lari xərcləyib. İşləri tenderdə qalib gəlmiş “Qiko” MMC həyata keçirib.

Qeyd edək ki, Marneuli meriyası Saimerloda ayinlər zalının tikintisi üçün smeta sənədlərini 25 932 lariyə 2021-ci ilin avqustunda alıb. Yerli özünüidarə Saimerloda ayinlər evinin tikintisi qərarını hələ 2020-ci ildə verib, amma kənddə müvafiq ərazi tapmaq çətin olub.

Saimerloda ayinlər zalı Cavaxişvili küçəsində tikilib.

Print E-mail
FaceBook Twitter Google