Marneuli Bələdiyyə Məclisi tərəfindən 25 dekabr tarixində qəbul
edilmiş qərara müvafiq olaraq meriya
və Bələdiyyə Məclisi əməkdaşlarının əməkhaqqı 10% artırılıb.
Qanunvericilik bələdçisində yayımlanmış “Marneuli bələdiyyə
meriyasının ştat siyahısının təsdiq edilməsi və meriyanın siyasi
vəzifəli şəxslərinin, dövlət məmurlarının, inzibati müqavilə ilə
işə götürülmüş şəxslərin əməkhaqqı miqdarının müəyyən edilməsi
haqqında” Bələdiyyə Məclisi fərmanına görə, Marneuli merinin
əməkhaqqı ötən illə müqayisədə
600 lari artaraq 6650 lari təşkil
edib.
Merin birinci müavini Roin Dekanoidzenin əməkhaqqı 480 lari artıb
və 5320 lari təşkil edir. Digər iki müavin, Zurab Panqani və Temur
Şubitidzenin əməkhaqqı isə 420 lari artaraq 4 655 lari təşkil
edib.
Marneuli meriyasında 8 xidmət fəaliyyət göstərir, xidmət
rəhbərlərinin əməkhaqqı 3509 laridən 3857 lariyə qədər artırılıb.
Meriya xidmət şöbələrində işləyən şəxslərin əməkhaqqı da
artırılıb.
- Meriyada ümumilikdə 19 şöbə fəaliyyət göstərir. Onların
rəhbərlərinin əməkhaqqı 3059 lariyə qədər artırılıb.
- Meriyanın 19 şöbəsində 29 nəfər birinci kateqoriyalı
baş mütəxəssis vəzifəsini tutur, onların əməkhaqqı 2261 lariyə
qədər artırılıb.
- İkinci kateqoriyalı baş mütəxəssis vəzifəsini 37 nəfər
tutur və onların əməkhaqqı 2128 lariyə qədər
artırılıb.
- Üçüncü kateqoriyalı baş mütəxəssis vəzifəsini 31 nəfər
tutur və onların əməkhaqqı 1995 lariyə qədər
artırılıb.
- Birinci kateqoriyalı kiçik mütəxəssis vəzifəsində 10
nəfər işləyir və onların əməkhaqqı 1862 laridir.
- Meriyada ikinci kateqoriyanın kiçik mütəxəssisi olaraq
7 nəfər işləyir, onların əməkhaqqı 1330 laridir.
- Meriyada ən aşağı əməkhaqqını üçüncü kateqoriyalı kiçik
mütəxəssislər alır. Qeyd olunan vəzifədə 4 nəfər işləyir və onların
əməkhaqqı 1064 laridir.
Ştat siyahısı ilə nəzərə alınmış əməkdaşlarla yanaşı meriyada eləcə
də müqavilə ilə işə götürülmüş şəxslər, merin inzibati
vahidliklərdə nümayəndələri və inzibati vahidliklərdə işləyən
şəxslər də var. İnzibati vahidlikdə merin nümayəndəsi vəzifəsini 18
nəfər tutur və onların əməkhaqqı 2128 laridir. Eləcə də inzibati
vahidliklərdə 62 nəfər işlə təmin olunub və onların əməkhaqqı 1330
laridir.
Bələdiyyə Məclisinin “Marneuli meriyasının ştat siyahısının təsdiq
edilməsi və meriyanın siyasi vəzifəli şəxslərinin, dövlət
məmurlarının, inzibati müqavilə əsasında işlə təmin edilmiş
şəxslərin əməkhaqqı miqdarının müəyyən edilməsi haqqında” fərmanına
əsasən meriyada ümumilikdə 229 nəfər işləyir. Buradan 149 nəfər
ştatla nəzərə alınıb, 80 nəfər isə inzibati müqavilə əsasında işə
götürülüb.