Marneuli şəhərində Qamsaxurdiya və Rustaveli küçələrinin
kəsişməsində beton məhəccərlər tökülüb “Qara arxa”.
Bir neçə gündür, bir neçə beton məhəccər “Qara arxa” düşüb və
nəticdə piyadalar üçün olan səki sıradan çıxıb.
“Qara arx” Gürcüstan Meliorasiyasının balansındadır. “Marneuli”
radiosu bu gün, 5 fevral tarixində Qamsaxurdiya və Rustaveli
küçələrinin kəsişməsində kanala tökülmüş beton məhəccərlər haqqında
Gürcüstan Meliorasiya Xidmətinə məlumat verib.
Gürcüstan Meliorasiya Xidmətinin Kvemo Kartli regionunun Xram-Debet
bölməsinin rəhbəri Tornike Qoqlidze bizimlə söhbəti zamanı bildirdi
ki, meliorasiya yaxın gələcəkdə reaksiya göstərəcək və kanaldan
beton daşları çıxaracaqlar.