Marneuli və Saqareco bələdiyyələrinin tanıdılması, mədəni kimliyin
qorunması
və iqtisadi firavanlığın yaxşılaşdırılması məqsədi ilə iki
bələdiyyədə “Mədəniyyət, şərab və texnologiya şəhərləri
platforması” forumu keçirilir.
Forumun birinci günü, 4 fevral tarixində yerli özünüidarə
nümayəndələri və forum heyəti arasında tanışlıq görüşü
keçirilib.
“Səfər çərçivəsində qonaqlar İmir təpəsi və Tserakvi
monastır kompleksini ziyarət ediblər, Marneuli ərzaq zavodunda
olublar, yerli sahibkarların fəaliyyəti və bələdiyyənin iqtisadi
potensialı ilə tanış olublar. Xüsusilə onlar üçün Marneuli
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xoreoqrafiya ansamblının
konserti baş tutub”, – Marneuli meriyasının
məlumatına qeyd olunub.
Bu gün, 7 fevral tarixində forum çərçivəsində yerli özünüidarə
nümayəndələri və dəvət olunmuş qonaqlarla görüş keçirilib. Görüşdə
Marneuli bələdiyyə meri Kənan Ömərov və Marneuli Bələdiyyə Məclisi
sədri Amiran Qiorqadze çıxış ediblər.
“Bugünkü toplantının səbəbi yeni platfromadır.
Platforma Marneuli və Saqareco bələdiyyələrinin əməkdaşlığı üçün
yaradılıb və innovativ imkandır. Qeyd olunan platfroma Avropa
Festivalları Assosiasiyasının, Avropa Festival Şəhərləri
Platforması çərçivəsində formalaşdırılıb. Sevinirəm ki, platforma
çərçivəsində birinci beynəlxalq foruma ev sahibliyi edirik. Bu
forumda dünyanın 12-yə yaxın ölkəsindən nümayəndələr iştirak
edirlər. Platforma çərçivəsində heyət üzvlərinə Marneuli və
Saqareco bələdiyyələrini ziyarət etmək şəraiti yaradıldı. Onlar
mövcud turizm potensialı ilə tanış oldular, yerli sahibkarlarla
görüşdülər. Gələcəkdə platforma bələdiyyələrə müxtəlif fəaliyyətlər
haqqında beynəlxalq arenada məlumat yaymaq, qrantlar qazanmaq,
Avropa festival şəhərləri ilə əməkdaşlıq etmək şəraiti
yaradacaq”, – Kənan Ömərov bildirib.
Forumun təşkilatçısı və dəstəkçisi Marneuli, Saqareco
bələdiyyələridir. Əlaqələndirici isə Qafqaz Beynəlxalq Mədəni
Proqramlar Bürosu və Gürcüstan Texiki Universitetinin “YUNESCO
Katedrası”-dır.
“Sevinirəm ki, bu foruma ev sahibliyi edirik. Həmin
forum çərçivəsində “Mədəniyyət, Şərab və texnologiya şəhərləri
platforması” yaradılıb. Bu platorma bizə rəngarəng bələdiyyənin
tarixini və mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməyə imkan
yaradacaq. Marneulinin Avropa festival şəhəri platformasının üzvü
olması mühümdür. Bunun məqsədi beynəlxalq səviyyədə bizim
bələdiyyənin tanıdılması, turizm potensialına dəstək, iqtisadi,
mədəni sahənin inkişafıdır. Xatırladaq ki, Marneuli bələdiyyəsnin
İmir kəndində, kəsik təpədə, dünyada ilk dəfə insan yabanı üzüm
tənəyini əhliləşdirdi və şərabı yaratdı. Həmin arxeoloji abidədə
muzeyin tikilişi aparılır və onunla yanaşı bizim bələdiyyədəki
başqa görməli yerlər gələcəkdə dünya turizm xəritəsində mühüm yer
tutacaq. Qeyd olunan forumda Avropanın müxtəlif ölkələrinin heyət
üzvləri iştirak edirdilər. Bu şəhərlər arasında qarşılıqlı
əməkdaşlıq və təcrübələri bölüşmək baxımından mühümdür. Platforma
bizim bələdiyyənin inkişafına dəstək olacaq”, –
Amiran Qiorqadze bildirib.
Qeyd edək ki, Marneuli və Saqareco bələdiyyələri 2023-cü ildə rəsmi
olaraq Avropa festival şəhərləri platformasına qoşulublar və
platforma üzvləri olublar. Əməkdaşlıq əsasında İpək Yolu mədəniyyət
qovşağı və Avropa Festival Assosiasiyasının – Avropa Festival
Şəhərləri çərçivəsində “Mədəniyyət, şərab və texnologiya şəhərəri
platforması” yaradılıb. Platforma hər iki bələdiyyənin
tanıdılmasına, mədəni kimliyin qorunmasına və iqtisadi firavanlığın
yaxşılaşdırılmasına dəstək olacaq.