Marneuli Televiziyası meriyanın elan etdiyi tenderdən kənarlaşdırılıb
Marneuli meriyası televiziya xidməti üçün təkrar tender elan edib. Marneuli televiziyasının iştirak etdiyi birinci tender mənfi nəticə ilə başa çatıb.

Media vasitəsi qeydiyyat/hüquqi məlumatlara görə, tenderdən kənarlaşdırılıb. Dəyəri 150 000 lari olan yeni tender 14 fevral tarixində elan edilib. Tenderdə iştirak etmək istəyənlər 23-26 fevral tarixində öz təkliflərini göndərə bilərlər.

Tender sənədlərinə görə, qalib gələcək şirkət meriyanın tələbinə uyğun olaraq gürcü və azərbaycan dilində, minimum 30 saniyəlik audio-vizual müraciətlər yerləşdirməlidir.

“Merin, yaxud onun müavinlərinin və ya Bələdiyyə Məclisi sədrinin, onun müavinlərinin hesabatlarını, brifinqləri, yerində, yaxud onlayn tədbirləri birbaşa efir vasitəsilə işıqlandırmalı olacaq. Media təşkilatın funksiyasına yeni il, dini bayramlar, eləcə də idman, mədəni tədbirlər, teatr tamaşaları, konsert və digər ictimai əhəmiyyət daşıyan hadisələrin canlı yayımlanmasını təmin etmək. Marneuli Bələdiyyə Məclisinin iclaslarını, tədbir və büro iclaslarının (razılaşma ilə) işıqlandırılması, hesabatların, yaxud merin, onun müavinlərinin tədbirlərinin, ən az 10 dəqiqə müddətinə hesabatlarının gürcü və azərbaycan dilində televiziya efirində yerləşdirilməsi”,
– tender sənədlərində qeyd olunub.

Marneuli meriyası oxşar xidmətlər üçün tenderləri hər il elan edir və tenderdə rəqibsiz olaraq eyni şirkət, Marneuli TV qalib gəlir.

Qeyd edək ki, meriya televiziya xidməti üçün ən böyük vəsaiti bu il ayırıb.

Meriyanın illərə əsasən, televiziya xidməti üçün ayırdığı vəsait:
  • 2023 –cü il - 99 800 lari
  • 2022 –ci il - 145 000 lari
  • 2021 –ci il - 95 800 lari
  • 2020 –ci il -125 640 lari
  • 2019 –cu il - 86 000 lari
Print E-mail
FaceBook Twitter Google