Marneuli bələdiyyəsinin Tsereteli kəndində uşaq parkı salınacaq.
19 fevral tarixində Ayinlər Evi ərazisində kənd proqramı
çərçivəsində görüş baş tutub. Yerli özünüidarə nümayəndələri
toplaşmış əhaliyə bildiriblər ki, Tsereteli kəndindən meriyaya iki
təklif qeydiyyatdan keçirilib.
Onlardan biri suvarma kanalında keçidin qurulması, digəri isə uşaq
parkı ilə bağlıdır. Əksəriyyət uşaq parkının salınmasını
dəstəkləyib.
Tsereteli kəndi üçün mərkəzi büdcədən 20 000 lari ayrılıb.
Marneulidə kənd toplantılarına 12 fevral tarixindən başlanılıb.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala
qədər davam edəcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə
Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb.
Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10
000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.