Meriya müharibədə həlak olmuş qəhrəmanların analarını və həyat yoldaşlarını 3 mart münasibəti ilə təbrik edəcək
Marneuli bələdiyyə meriyası Gürcüstanın bütövlüyü uğrunda müharibədə həlak olmuş qəhrəmanların analarını və həyat yoldaşlarını 3 mart münasibəti ilə təbrik etmək üçün gül dəstəsi, hədiyyə səbətləri verəcək. Bələdiyyə artıq 8 hədiyyə səbətini sadələşdirilmiş qaydada alıb. Səbətə şirniyyat, şərab və meyvə şirəsi daxildir. Yerli özünüidarə səbətləri birbaşa qaydada “Marneuli Mall” MMC-dən alıb.

“Xatırladım ki, Gürcüstanın bütövlüyü uğrunda həlak olmuş
qəhrəmanlar və onların adının yaşadılması üçün ailələrindəki xanımlara 8 ədəd hədiyyə səbətinin (Hazırlanması üçün material və yerində hədiyyənin bağlanma xidməti ilə birlikdə), 8 ədə şirniyyat dəstinin (müxtəlif növ), 8 ədəd təbii meyvə şirəsinin (1 litrli qablaşdırmada), 8 ədəd qırmızı şərabın (0,75 l. qablaşdırmada), 8 ədəd gül dəstəsinin alınmasını məqsədəuyğun hesab edirəm. Xahiş edirəm, müvafiq xidmətə alqı-satqılarla bağlı qanunvericiliklə nəzərdə tutulmş işləri həyata keçirmək tapşırığı verəsiniz”,
– Meriyanın izahatnaməsində yazılıb.

Marneuli meriyasına hədiyyə səbətlərini almaq 280 lariyə başa gəlib. Bir səbətin dəyəri 35 laridir. Hələ ki, bələdiyyənin gül dəstələrinin alınmasına neçə lazri xərcləyəcəyi məlum deyil.

Print E-mail
FaceBook Twitter Google