Marneuli bələdiyyəsinin ictimai məktəblərində yaz tətili 8 mart
tarixində başlayacaq.
Marneuli Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bizimlə söhbət
zamanı bildirib ki, təhsil müəssisələri bir həftə ərzində tətilə
çıxacaq.
Marneuli bələdiyyə miqyasında fəaliyyət göstərən 74 ictimai
məktəbdə təhsil prosesi 15 mart tarixində bərpa olunacaq.
Məktəblərdə dövlət istirahət günləri bunlardır:
- 14 oktyabr – Svetitsxovloba;
- 23 noyabr – Müqəddəs Qiorqinin anım günü;
- 19 yanvar – Natlisğeba;
- 3 mart – Analar günü;
- 8 mart – Beynəlxalq qadınlar günü;
- 9 aprel – Vətən uğrunda həlak olanların anım
günü;
- 9 may – Faşizm üzərində qələbə günü;
- 12 may – Müqəddəs Andrianın anım günü;
- 26 may – Gürcüstan müstəqillik günü.