Qızılın qiyməti rekord vurdu
Qızılın qiyməti tarixi maksimumunu yeniləyərək
bir troya unsiyası üçün 2 200 dolları ötüb.
Bu qiymət “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi)
ticarət zamanı qeydə alınıb.
Axşam saatlarında qızılın qiyməti əvvəlki tarixi maksimumu
yeniləyib. Qiymətli metalın dəyəri troya unsiyası üçün 2 200,3
dollar təşkil edib.
Məmbə: Oxu.az