Marneuli Mədəniyyət Mərkəzi sərnişin/yük maşınının icarəsinə 35 000 lari xərcləyəcək

Marneuli Mədəniyyət Klubu, Kitabxana və Muzey Birliyi “Mədəniyyət Mərkəzi” yaradıcı qrupların, ansamblların,

onların təşkil etdiyi müxtəlif tədbir iştirakçılarının, tədbirlərdə iştirak edəcək sərnişinlərin, dekorasiyaların daşınması üçün sərnişin/yük maşını icarəyə götürəcək.

Marneuli Mədəniyyət Mərkəzi sərnişin/yük maşınının sürücü ilə birlikdə icarəyə götürülməsi üçün 23 fevral tarixində tender elan edib.

“Təchizatçı sərnişinlərin nəqliyyatla (mikroavtobusla) hərəkət etməsini, Marneuli şəhərindən bütün Gürcüstan ərazisinə, tələbə uyğun olaraq, mərhələli şəkildə, 14 000 kilometr çərçivəsində mikroavtobusların xidmətini, 2500 kilometr çərçivəsində yük (dekorasiyaların daşınması məqsədi ilə) avtomobillərinin xidmətini təmin etməlidir”, – tender təklifində qeyd olunub.

Mədəniyyət Mərkəzi tərəfindən elan edilmiş tenderdə bir nəfər – Davit Braçuli iştirak edib. O, Mədəniyyət Mərkəzinə xidməti 35 000 lariyə həyata keçirməyi təklif edib.

Tender təklifinə əsasən, Davit Braçuli tenderdə qalib gələrsə, Mədəniyyət Mərkəzinə müqavilə bağlandıqdan sonra kilometraj başa çatana qədər xidmət göstərməli olacaq. İndiki mərhələdə tenderdə iştirak edən şirkətin seçimi/qiymətləndirilməsi prosesi aparılır.

 

 

Print E-mail
FaceBook Twitter Google