200 azərbaycanlı və 200 ermənidilli tələbənin 1+4 proqramı ilə təhsil haqqı maliyyələşdiriləcək

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qiorqi Amilaxvarinin qərarına əsasən, 2024-2025-ci tədris ilindən etibarən

dövlət təhsil qrantı ilə gürcü dili hazırlığı proqramına (1+4) daxil olan tələbələrin maliyyələşdirilməsi iki dəfə artırılıb – bu barədə Nazirlik sosial media hesabından məlumat yayıb.

Verilən məlumata görə, hər il 100 erməni və 100 azərbaycandilli tələbə əvəzinə 200 erməni və 200 azərbaycanlı tələbənin təhsil haqqı maliyyələşdiriləcək.

Qeyd edək ki, azərbaycan və ermənidilli testlərin nəticələrinə əsasən “1+4” təhsil proqramına daxil olan tələbələrin maliyyələşdirilməsi hər etnik qrup üçün 450 000 lari təşkil edirdi. Hər il maliyyələşmənin miqdarı daha da artacaq.

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əsas prioritetlərindən biri etnik azlıq nümayəndələri üçün təhsilə əlçatanlığın artırılmasıdır. “1+4” təhsil proqramı çərçivəsində tələbələrin maliyyələşdirilməsinin iki dəfə artırılması da bu məqsədə xidmət edir.

Bildiyiniz kimi, “1+4” təhsil proqramı etnik azlıq nümayəndəsi olan abituriyentlər üçün xüsusi güzəşt siyasəti çərçivəsində həyata keçirilir və onlara sadələşdirilmiş qaydada ali təhsil müəssisəsində təhsilini davam etdirmək hüququ əldə etmək və müəyyən təhsil proqramını mənimsəməzdən əvvəl gürcü dili üzrə biliklərini təkmilləşdirmək imkanı verir. O cümlədən, qeyd olunan tələbələr “1+4” təhsil proqramı çərçivəsində ana dilində qabiliyyət imtahanını verərək istədikləri universitetdə təhsil ala bilərlər.

Tələbələr üçün “1+4” təhsil proqramı sadələşdirilmiş qəbul qaydaları ilə yanaşı, maliyyələşdirməni də əhatə edir. Tələbələr ana dilində imtahandan müvəffəqiyyətlə keçərsə, gürcü dili hazırlığı proqramında və eləcə də, bakalavr pilləsində təhsil haqları maliyyələşdirilir.

 

Print E-mail
FaceBook Twitter Google