Vasil Xaxulaşvili bəyannaməsində əmlak və şirkətlərini gizlədib – Beynəlxalq Şəffaflıq Gürcüstan
“Beynəlxalq Şəffaflıq Gürcüstan”-ın məlumatına görə, Marneuli Bələdiyyə Məclisinin Komissiya sədri Vasil Xaxulaşvili 2024-cü ilin əmlak bəyannaməsində daşınmaz əmlakı və sahibkarlıq fəliyyəti haqqında tam məlumat qeyd etməyib.

Təşkilatın məlumatına görə, Vasil Xaxulaşvilinin əmlak bəyannaməsində üç növ səhv aşkarlanıb.

“Pozuntu I: Xaxulaşvili dörd şirkətdə biznes səhmlərinə malikdir, bunun heç biri bəyannamədə öz əksini tapmayıb. Maraqlıdır ki, o, 2022 və 2023-cü il bəyannamələrində də sahibkarlıq fəaliyyətini qeyd etməyib:
  • Ai Gas MMC - 25%
  • Ai Gas+ MMC - 50%
  • Gas 555 MMC - 49%
  • Gas 555+ MMC- 49%
Pozuntu II: Vasil Xaxulaşvili onun mülkiyyətində olan biznes səhmlərini üçüncü şəxsə verməmişdir ki, bu da korrupsiyaya qarşı mübarizə haqqında qanunun birbaşa pozulmasıdır.

Pozuntu III: Vasil Xaxulaşvili bəyannamədə ona məxsus daşınmaz əmlakı tam təsvir etməyib. Xüsusilə, Marneuli şəhərində ona məxsus olan 1400 və 1460 kv.m torpaq sahələrini göstərməyib.

O da maraqlıdır ki, 2016-cı ildə Xaxulaşvili və biznes ortağı Qiorqi Koiava “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına hər biri 20 min lari bağışlayıblar”, – Beynəlxalq Şəffaflıq Gürcüstanın bəyanatında qeyd olunub.

Təşkilat Korrupsiyaya Qarşı Mübarizə Bürosuna müraciət edəcək və onlardan Vasil Xaxulaşvilinin bəyanatında aşkar olunan qanun pozuntularının araşdırılmasını, müvafiq reaksiya göstərilməsini tələb edəcək.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google