Baş nazir Marneuliyə Novruz bayramına gəlib
Bu gün, 21 mart tarixində Marneulidə Novruz bayramı qeyd olunub. Tədbir saat 12-də, meriya ərazisində başlayıb. Tədbirdə sərgi pavilyonları, uşaqlar üçün əyləncə məkanları, atraksionlar, animatorlar şousu təşkil edilib.

Novruz bayramını təbrik etmək üçün mərkəzi hakimiyyət nümayəndələri gəliblər. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Marneulidə qonaq olub.

“Əziz bacı və qardaşlar, sizi yazın gəlişi, yaşamın canlandığı Novruz bayramı münasibətilə təbrik edirəm. Sizinlə yanaşı Gürcüstanda yaşayan bütün müsəlmanları təbrik edirəm. Sevinirəm ki, sizinlə birlikdə bu sevinci paylaşmaq imkanım var. Bizi, gürcü və azərbaycanlıları xüsusi istilik, sevgi birləşdirir. Biz və Gürcüstanda yaşayan azərbaycanlılar ölkəmizin tarixini birlikdə yaradırq, bugünkü uğurumuzu yaradırıq, bizi belə bir sevginin bağlaması böyük xoşbəxtlikdir. Bir daha Novruz bayramınızı təbrik edirəm, sizə xoşbəxtlik, ailələrinizə firavanlıq arzu edirəm”, – İrakli Kobaxidze bildirib.

Gürcüstan Xalq Müdafiəçisi Levan İoseliani də tədbirdə çıxış edib.

“Mən ikinci ildir ki, bu bayramda iştirak edirəm və görürəm ki, hər il bu bayram daha geniş, daha əyləncəli qeyd olunur. Daha çox adamlar məni təbrik edir və mən də şəxsən bu bayramı təbrik edirəm. Bu yalnız bizim azərbaycanlı həmvətənlərimizin bayramı deyil, bunu artıq bütün Gürcüstan qeyd edir. Sizə hər şeyin yaxşısını arzu edirəm”, – Levan İoseliani bildirib.

Marneuli meri Kənan Ömərov da Marneuli sakinlərinin Novruz bayramını təbrik edib.

“Qeyd edim ki, Marneulidə Novruz bayramının, yazın gəlişinin belə geniş qeyd olunması artıq ənənəvi haldır. Hamınızı təbrik edirəm, sizə sülh, inkişaf, uğur və bərəkət arzu edirəm”.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze qeyd edib ki, Novruz bayramı xalq bayramıdır və Marneulidə hər il geniş şəkildə qeyd olunur.

“Çox sevinirəm ki, həmişə etnik azərbaycanlılar və gürcülər, bələdiyyə sakinləri birlikdə bütün xalq bayramlarını qeyd edirik. Bunlar hamısı bizim qardaşlığımıza, dostluğumuza daha da güclənməkdə kömək edir. İnanıram ki, birlikdə, bir-birimizə dəstək olaraq daha yaxşı, bütöv Gürcüstanda yaşamaq üçün mübarizə aparacağıq”.

Tədbirdə yerli rəssamların əsərləri, əl işləri, şirniyyat məmulatları, çiçək sərgi-satışı, ənənəvi yeməklərin masterklassı nümayiş etdirilib. Gürcü güləşi, qol güləşi və oxçuluq üzrə idman yarışları keçirilib. Tina Nargilə və yerli musiqi qrupları musiqili nömrələr təqdim ediblər, Duet “Leon” və Vəfa Şərifova ifa edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google