Şaumyanda daxili yollara asfalt qatının çəkilməsi üçün 115 877 lari xərclənəcək
Marneuli bələdiyyəsinin Şaumyan kəndində daxili yollara asfalt çəkilməsi üçün ayrıca tender elan edilib. Yerli özünüidarə ona qədər iki kəndin infrastruktur tenderini birlikdə elan etmişdi və həmin tenderlər iki cəhddə də baş tutmamışdı. Tender komissiyasının protokolundan oxuyuruq ki, vəziyyəti nəzərə alaraq komissiya tenderlərin ayrılıqda elan edilməsini məqsədəuyğun hesab edib.

Şaumyan kəndində iki daxili yola (5 və 6) asfalt qatının çəkilməsi üçün 115 877 lari xərclənilməsi planlaşdırılır.

Şaumyan kəndində daxili yollara asfalt qatının çəkilməsi işlərinin smeta sənədlərini "Proejct Company" MMC Marneuli meriyası ilə 2021-ci ilin 21 oktyabr tarixində bağlanmış müqavilə əsasında tərtib edib.

Tapşırığa əsasən, "Project Company" MMC-nin mütəxəssisləri tərəfindən yerində layihə obyektlərinin mühəndis-geoloji araşdırma işləri, ərazinin topoqrafik çəkilişi həyata keçirilib.

Şaumyan yollarına asfalt çəkilməsi ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 3-8 aprel tarixində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 60 gün ərzində işləri meriyaya təhvil verməlidir. Ayrılmış vəsait 100% yerli büdcədən maliyyələşdirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google