Marneulinin 81 seçki məntəqəsindən 41-də seçkilər elektron qaydada keçiriləcək
2024-cü ildə Gürcüstan miqyasında Parlament seçkiləri keçiriləcək. Əksər məntəqələrdə seçki yeni formatda, elektron qaydada keçiriləcək. Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin elektron keçiriləcəyi məntəqələrin sayını artıq müəyyən edib.

Kvemo Kartli miqyasında ən çox seçki məntəqəsi Marneulidədir. Marneulidə 81 seçki məntəqəsi fəaliyyət göstərir, Rustavidə 57, Qardabanidə 53, Bolnisidə 52, Dmanisidə 50, Tsalkada 39, Tetritskaroda isə 40 məntəqə var.

Marneuli miqyasında açılmış 81 seçki məntəqəsindən 41-də seçkilər yeni formatda, elektron qaydada keçiriləcək. 40 məntəqədə seçki prosesi köhnə qayda ilə keçiriləcək.

Gürcüstanda Parlament seçkiləri 2024-cü ilin 26 oktyabr tarixində keçiriləcək. Seçkilər proporsional qaydada və 5%-lik baryer ilə baş tutacaq. Bu deməkdir ki, bu il majoritar namizədlər seçkilərə qeydiyyatdan keçə bilməyəcəklər. Partiyalar isə yalnız seçkiyə gedən seçici səslərinin minimum 5%-ni toplasalar, mandat əldə edə biləcəklər.

Yeni seçilmiş Parlament də öz növbəsində Gürcüstan tarixində ilk dəfə prezident seçəcək. Salome Zurabişvili Gürcüstanın 5-ci və birbaşa qaydada seçilmiş sonuncu prezidenti olacaq. Yeni Parlamentin ilk iclasından sonra 45 gün ərzində prezident seçiləcək. Prezidenti seçəcək 300 nəfər arasında Gürcüstan Parlamenti və Abxaziya, Acarıstan Muxtar Respublikalarının Ali Nümayəndəlik Orqanlarının bütün üzvləri, eləcə də MSK-nın müəyyən etdiyi kvotalara uyğun olaraq yerli özünüidarənin nümayəndəlik orqanları, Bələdiyyə Məclisləri, müvafiq siyasi partiya nümayəndələri olacaqlar.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google