2 aprel tarixində Marneulidə qan vermə aksiyası keçiriləcək
2 aprel tarixində Marneulidə Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının təşəbbüsü və Marneuli meriyasının dəstəyi ilə qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası Marneuli şəhərində, meriyanın konfrans zalında səhər saat 10:00-dan başlayacaq. Qanvermə aksiyası “Həyat xilas etmək üçün qan ver” aksiyası çərçivəsində baş tutacaq.

Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının nümayəndəsi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, qanvermə tam təhlükəsiz prosesdir və o, əhalini fəal olmağa çağırıb.

“Biz öz inventarımızı gətirib gələcəyik və könüllülərdən qan alacağıq. Bu tam təhlükəsiz prosesdir və orqanizm üçün yaxşıdır. Bizim bir adamdan maksimum 420 qram qan götürmək hüququmuz var və bu çoxsaylı adamlara kömək edəcək. Qanvermə ilə yanaşı biz analizlər də götürürük və donorlar pulsuz müayinədən keçəcəklər. Onlar həmin müayinələrin nəticələrini bağlı konvertlə əldə edəcəklər və bu məlumatı yalnız onlar biləcək”.

Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının nümayəndəsinin sözlərinə görə, Gürcüstanda çox xəstələrin qan köçürülməsinə ehtiyacı var, ancaq kifayət qədər ehtiyat yoxdur. Məhz buna görə Mərkəzi Qan Bankı vətəndaşları fəal olmağa çağırır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google