Marneulinin mərkəzi stadionun tikintisi başa çatıb
Marneuli şəhərində mərkəzi stadionun tikintisi başa çatıb. Gürcüstan Bələdiyyələrin İnkişafı Fondundan “Marneuli” radiosuna bu barədə məlumatı təsdiq edirlər. İndiki mərhələdə Marneuli mərkəzi stadionunun açılışının nə zaman olacağı məlum deyil.

Marneuli bələdiyyəsinin mərkəzi stadionunun tikintisi üçün işlərə 8 il əvvəl başlanılıb. Marneuli meriyası şəhərin mərkəzində stadionun tikinti işləri üçün lazımı smeta sənədlərini hələ 2016-cı ildən alıb.

Marneulinin mərkəzi stadionunun tikintisini Gürcüstan hökuməti maliyyələşdirib. Layihəni Regional İnkişaf və İnfrastruktur Nazirliyi həyata keçirirdi. Layihənin dəyəri 8 100 000 lari idi.
FİFA-nın ikinci kateqoriyasına uyğun stadion 2000 azarkeş üçün nəzərdə tutulub. Stadion kompleksində paltardəyişmə otağı, ayaqyolu, qida məkanları və s. tikilib. Eləcə də stadionun işıqları, səs və yanğınsöndürmə sistemləri qurulub, telereportyorlar üçün xüsusi məkan yaradılıb.

Qeyd edək ki, Marneuli meriyası stadion üçün smeta sənədlərini hələ 2016-cı ildə tərtib etmişdi və bunun üçün 150 000 lari xərclənmişdi. Amma qeyd olunan sənəd yenilənməli idi, çünki 2017-ci ildən Gürcüstan hökuməti tərəfindən tətbiq edilmiş “Bina-tikililərin təhlükəsizlik qaydalarının” yeni texniki reqlamenti qüvvəyə minib. 2019-cu ildə smeta sənədlərində dəyişiklik edilmiş və bundan sonra işlər üçün birinci tender elan olunmuşdu. Həmin tender isə dəyişdirilmiş/düzəldilmiş smeta sənədlərinə görə baş tutmamışdı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google