Marneulili repçinin Gürcüstan haqqında anons etdiyi mahnı yayımlanıb (VİDEO)
Marneulili repçi “Nato” və Dənizin klipini ilk olaraq Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur Darğallı öz feysbuk səhifəsində paylaşıb.

İctimaiyyətin səbirsizliklə gözlədiyi mahnı və klip 4 aprel tarixində, axşam saatlarında yayımlanıb. Klipi ilk paylaşan deputat olub, daha sonra isə ifaçı yayımlayıb.

Mahnı Gürcüstana olan sevgidən bəhs edir. Müğənnilər bunu gürcü də azərbaycan dilində ifa edirlər. Mahnının bir hissəsi Gürcüstan yığmasının qələbəsinə aiddir. Videoda Gürcüstan-Yunanıstan oyununu təsvir edən kadrlar da yer alıb. Baxmayaraq ki, mahnı yığmanın qələbəsinə həsr olunmamışdı.

27 mart tarixində yayımlanan mahnının qısa təqdimatında müğənni Nato-Afiq Novruzov qeyd etmişdi ki, bu xoş təsadüfdür və bu mahnı ilə yığmanın qələbəsini təbrik edirlər.

İfaçılar Gürcüstanın tolerantlığı, təbiət və ölkənin məşhur futbolçusu haqqında oxuyurlar.

Mahnının sonunda klipin Parlamentin iki deputatı, Zaur Darğallı və Savalan Mirzəyev tərəfindən maliyyələşdirildiyi qeyd olunur.


Mahnının qısa versiyasının çoxsaylı yayımlanmasından sonra repçi statusunda klipin deputatların maliyyə dəstəyi ilə çəkilməsini anons edib.

Repçi NATO üçün siyasi aktorlarla əməkdaşlıq etmək yeni deyil.

O, siyasətçilərin seçkiqabağı dövrdə istifadə etdiyi bir neçə mahnının müəllifidir. Onlar arasında Əhməd İmamquliyev və Temur Abazov da var.

Onun seçkiqabağı dövrdə o zamankı merliyə namizəd Zaur Darğallıya da mahnı yazdığı deyilirdi, ancaq mahnı yayımlanmadı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print E-mail
FaceBook Twitter Google