Marneuli özünüidarəsində "Rusiya qanunu" azarkeşləri
“Daha çox şəffaflıq” – Marneulili dövlət məmurlarının böyük hissəsi sosial şəbəkədə bu ifadədən "Rusiya qanununa" haqq qazandırmaq üçün istifadə edir. Marneuli meriyası və Bələdiyyə Məclisində işləyənlərin əksəriyyəti kardlar paylaşır. Həmin kardlar hakim partiya tərəfindən Parlamentdə irəli sürülmüş “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yayımlanmasına xidmət göstərir.

Demək olar ki, yerli özünüidarədə işləyən adamların iş öhdəliklərinə yeni funksiya/öhdəlik əlavə olunub və bu feysbuk platformasında gündə bir neçə dəfə kardların paylaşılması ilə ifadə olunur.

Marneuli özünüidarəsinin rəhbər şəxsləri, həmçinin, mer Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və onların tərəfdaşları da paylaşımlar edirlər. Feysbuk onların paylaşdığı bir neçə məlumatı saxta hesab edib və paylaşımları saxta məlumat kimi işarələyib.

Marneuli meriyası və Bələdiyyə Məclisində işləyən bu şəxslər yanlış məlumat paylaşırlar: (göstəricilər ola bilsin tam vəziyyəti təsvir etməsin).
Kənan Ömərov - Marneuli şəhərinin meri
Larisa Gelaşvili - Meriyanın büdcə planlaması və təhlili şöbəsinin müdiri

Ekaterine Eradze - Sakrebulonun PR
Baço Mumladze - Şəhər Şurasının əməkdaşı


Davit Çikadze - Meriyanın ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi
Amiran Qiorqadze - Bələdiyyə Məclisinin sədri


Beso Gelenidze - Şəhər Şurasının üzvü
Ani Axobadze - Sakrebulo ofisinin işçisi

Qivi Qiorqadze - Sakrebulonun üzvü
Bela Qabodze - Meriyanın icraat şöbəsinin əməkdaşı


Qoderdzi Baxturidze - Şəhər Şurası aparatının işçisi
İa Esebua - Sakrebulonun cəmiyyət, media, qeyri-hökumət sektoru və gender məsələləri ilə əlaqələr şöbəsinin müdiri
Kako Şubitidze - Merin Tsereteli icmasındakı nümayəndəsi

Koba Çxitunidze - Meriyanın maliyyə və büdcə xidmətinin rəhbəri
Dato Davadze - Meriya işçisi

Nino Dekanoidze - Meriya Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri
Kamran Kiriakov - Marneuli nəzarət xidmətinin əməkdaşı

Nika Kusian - Şəhər Şurasının ofisinin əməkdaşı
Rima Otaraşvili - Marneuli "Qadınlar otağı"nın rəhbəri.

Şorena Kravelidze - Meriya Sosial Xidmətində işləyir
Tatia Çaçanidze - Şəhər Şurasının ofisində işləyirdi

Temur Şubitidze - Marneuli merinin müavini
Tornike Munqolidze - xidmətdə işləyir, Marneuliyə nəzarət edir

Vüqar Qədimov - Marneuli meriyasında işləyir
Zura Fanqan - Marneuli merinin müavini

Mari Qoqriçiani - Marneuli Şəhər Şurasının ofisində işləyir
Maya Bayramova - İqtisadiyyat xidmətinin mütəxəssisi

Riçard Qiqan - Şəhər Şurası sədrinin müavini
Şotiko Boçoidze - Şəhər Şurasının ofisində işləyirdi

Tural İsmayılov - bələdiyyə nəzarəti şöbəsinin müdiri
Elquca Kupatadze - Təhsil, mədəniyyət, idman və gənclərlə iş şöbəsinin müdiri


İrma Zarkva - Marneuli merinin köməkçisi
Maka Darbaidze - işlərin idarə edilməsi və vətəndaşlara xidmət şöbəsinin müdiri

Nino Beridze - Marneuli Şəhər Şurasının Aparatının rəhbəri
Nino Xaraişvili - Meriya Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin əməkdaşı

აგილ ამირჯანოვი - მერიის ქონების მართვისა და მატერიალურ-ტექნიკური უზრუნველყოფის სამსახურის უფროსი
ადილ ალიევი - მარნეულის საკრებულოს წევრი


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google