Marneulidə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan qadının vəziyyəti orta ağırdır
Marneulidə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan qadının vəziyyəti orta ağırdır.

Aversi klinikasından “Marneuli” radiosuna bildirirlər ki, xəstə qarın və ürək-sinə nahiyəsindən xəsarət alıb, əməliyyat olunub və hələ də klinikada qalmaqdadır.

“Yara qismən ağır idi, hələ yaxşı deyil, yenə də ağır hesab olunur”, – klinikadan bildirirlər.

Marneulidə kişi keçmiş həyat yoldaşını soyuq silahla yaralayıb. Hadisə 8 aprel tarixində baş verib.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirirlər ki, müttəhim isti izlərlə saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə ailə üzvü tərəfindən ailənin digər üzvünün sağlamlığına qəsdən ağır xəsarət yetirməni nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google