Zaur Darğallı da “Rusiya qanununu” dəstəkləyəcək
Parlamentin Marneuli və Qardabani majoritar dairəsindən seçilmiş deputatı Zaur Darğallı artıq Gürcüstan Parlamentinə “Xarici təsirin şəffaflığı haqqında” adı ilə təqdim edilən və bir neçə günə dinləmələrə başlanılacaq “Rus qanununun” Gürcüstanda qəbul olunub-olunmayacağını öz səsi ilə müəyyən edəcək deputatlardan biridir.

Biz uzun illər qeyri-hökumət təşkilatlarında çalışmış Zaur Darğallının bu qanunu dəstəkləyib-dəstəkləməyəcəyi, “Rus qanununun” qəbul olunmasının Gürcüstanı Avropa Birliyinə üzv olmaqdan kənarlaşdıracağını düşünüb-düşünməməsi ilə maraqlandıq və “Gürcü arzusu”-nun qanunun yenidən Parlamentə təqdim olunması ilə bağlı vədini pozmasının nə dərəcədə ədalətli olduğunu soruşduq.

Bu gün, 10 aprel tarixində, saat 13:53-dən etibarən Zaur Darğallıdan müsahibə almağa çalışdıq. Düputat özümüzü təqdim etdikdən və məsələni bildirdikdən sonra bizim zəngimizə cavab verdi. Darğallı bildirdi ki, sükan arxasındadır, görüşə gedir və bizə cavab verə bilmir. Onunla üç saatdan sonra müsahibə yaza bildik.

Darğallı Parlamentə təqdim olunan və onun fikrincə, Rusiya qanunları ilə heç bir əlaqəsi olmayan qanunu dəstəkləyəcəyini deyir. Darğallı media qurumlarının hansı qrantları aldıqları, pulları nə məqsədlə xərclədikləri ilə bağlı illik hesabat təqdim etməli olduqları və onların audit vasitəsilə də yoxlanıldığı halda necə daha şəffaf olmalıdırlar kimi suallarımıza “Gürcü arzusu”-nun narrativlərini təkrar edirdi.

“Məsələ şəffaflıqdan gedir, beynəlxalq təşkilatlardan maliyyə alan həmin təşkilatlar və media vasitələri ildə bir dəfə bəyannamə doldurmalıdırlar. Mən bir siyasətçi olaraq əhali qarşısında cavabdeh olduğum üçün ildə bir dəfə bu bəyannaməni doldururam. Onlar da bəyannaməni doldursunlar, aldıqları pulları nəyə xərclədiklərini əhaliyə göstərsinlər. İndi mənim sizə bir sualım var, siz bunda hansı məhdudiyyəti və “Rus qanununu” görürsünüz?”

Bu qanun niyə “Rus qanunudur”? – Deputat bizə bu sualı verdi. Vətəndaş Cəmiyyəti Fondunun rəhbəri Saba Braçveli “Real Məkan”-da qanunun niyə “Rus qanunu” olduğunu açıqlayır – “Bu sualı vicdansızlıqla verənlər bu qanunu nəyin “Rus qanunu” etdiyini çox yaxşı bilirlər. Onda iki kilid mexanizmindən heç biri yoxdur. İstənilən demokratik, Avropa tipli dövlət, istər ABŞ, istər Avstraliya, istərsə də Avropadan kənar hər hansı başqa dövlətdə bu iki kilid mexanizmindən ən azı biri var, bizim qanunumuzda bu iki kilid mexanizmindən heç biri yoxdur”.

Saba Braçvelinin sözlərinə görə, birinci kilid mexanizmi Gürcüstana düşmən mövqedə olan ölkələrin siyahısı ilə bağlıdır – bu ölkələr “Gürcü Arzusu”-nun “rus qanununda” göstərilməyib, ikinci mexanizm isə qanun lobbiçilik fəaliyyətinə əsaslanan məhdudiyyətdir –“Gürcü Arzusu”-nun irəli sürdüyü “rus qanununda” bu fəaliyyət qeyd edilməyib və qanun bütün media və qeyri-hökumət təşkilatlarına eyni dərəcədə şamil edilir.

"İstər ABŞ, istər Avstraliya, istərsə də Avropadan kənar hər hansı başqa dövlət, istənilən Avropa, demokratik tipli dövlətdə bu iki kiliddən ən azı biri var. Qanunumuzda bunların heç biri yoxdur. Birinci mexanizm bu ona qarşı olan ölkələrin siyahısıdır. Məsələn, bu qanun Fransada qəbul edilir, deyilmi? Fransada bu qanunun hansı dövlətlərə qarşı qəbul edildiyi birbaşa sadalanır. Bunlar Rusiya, Çin, İrandır. Həmçinin qeyd var ki, bu Avropa İttifaqına üzv dövlətlərə şamil olunmayacaq. Bizim ölkədə o zaman belə bir kilid mexanizmi qanuna daxil edilməlidir ki, biz bunu qəbul edək. Rusiya və ya ölkəmizin ərazi bütövlüyünü tanımayan hər hansı bir ölkə qeyd olunmalıdır. Biz niyə Rusiya ilə Avropanı eyni müstəviyə qoyuruq? Belə çıxır ki, biz Avropa İttifaqına deyirik ki, onlar da bizim üçün yad, Rusiya qədər düşməndirlər. İstifadə oluna biləcək ikinci kilid mexanizmi isə fəaliyyət sahəsinə görə məhdudlaşdırmadır. Siyahısı açıqlanmayan həm dost olan, həm də dost olmayan bütün ölkələrin lobbiçilik fəaliyyətinə məhdudiyyətlər qoyulacaq. Bu qanun lobbiçilik fəaliyyəti ilə bağlıdır və heç bir halda medianın və ya qeyri-hökumət təşkilatlarının fəaliyyətinə şamil edilmir”, – Saba Braçuli deyir.

“Bu, sırf şəffaflıq məsələsidir, dünyada belə təcrübə var”, – Zaur Darğallı bildirir, amma Avropa və Amerika nümunələri haqqında danışmağa davam etmək istəmir – “Mən Amerika, Avropa, orada və ya buradadır mövzusuna girməyəcəyəm. Amerikanın, Avropanın, Kanadanın özünəməxsus xüsusiyyətləri və daxili qaydaları var. Biz hakim partiya və hökumət olaraq bütün ölkə və əhali qarşısında cavabdehik, əgər biz özümüzü demokratik, şəffaf və Avropaya doğru irəliləyən bir ölkə hesab etdiyimizi deyiriksə, o zaman bu qanun da məhz bu çərçivədədir. Bu qanun ölkədə şəffaflığın və demokratiyanın gücləndirilməsinə xidmət edir”.

Avropa İttifaqına üzv dövlətlərin və Gürcüstana dost olan birliklərin rəhbərləri “Gürcü arzusu”-nun “Rus qanununu” təkrar irəli sürməsinə görə öz təəccüblərini bildiriblər. Zaur Darğallı Avropanın inkişaf etmiş ölkə liderlərinin “Gürcü arzusu” qanununun əleyhdarları tərəfindən aldadıldığını deyir.

Zaur Darğallı “Gürcü arzusu” narrativini təkrarlamağa davam etdi və bizi əmin etdi ki, “Rus qanunu” müstəqil media olaraq bizə heç bir narahatlıq yaratmayacaq. Əslində isə “Rus qanunu” azad, müstəqil və qərəzsiz media, qeyri-hökumət təşkilatlarına qarşı yönəlib.

"Bizim qanunumuz Rusiyada tətbiq olunan “Rus qanunudur”. Bu heç bir kilid mexanizmindən istifadə edilməməsi, bunun əvəzinə mətbuata, müstəqil mətbuata və qeyri-hökumət təşkilatlarına zərbə endirilməsi deməkdir. Biz Avropa İttifaqına daxil ola bilməyəcəyik, çünki Avropa İttifaqı Macarıstanda bundan daha yüngül qanunu ləğv edib. Biz birbaşa bilirik ki, belə bir qanun Avropa İttifaqının qanunlarına ziddir. Avropa İttifaqı ona uyğun gəlməyən hüquqi qanunlarla bizi necə qəbul edəcək, bu mümkün deyil”, – Saba Braçveli bildirir.

Zaur Darğallı deputat olana qədər “Marneuli” radiosu, Marneuli Mülki Məşğulluq Mərkəzində (USAID) və Gənclər Mərkəzində çalışıb. “Marneuli” radiosunun jurnalisti deputatdan 3 dəfə Darğallının “Marneuli” radiosunda işlədiyi zaman xarici təsir daşıyıcısı olub-olmadığını soruşdu – Darğallı hər üç halda da bu suallardan yayındı.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google