Ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı, vətəndaş aktivizmi – CENN-nin Marneuli bələdiyyəsinin ictimai məktəblərindəki kampaniyası
Ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı, vətəndaş aktivizmi – Marneuli qızların gücləndirilməsi klubunun üzvləri Marneulinin müxtəlif məktəblərinin yüzdən artıq şagirdinə bu məsələlərlə bağlı məlumat veriblər. Məlumat xarakterli məktəb kampaniyası Marneuli şəhərinin 6 saylı, Qaçağan və Böyük Muğanlı məktəblərində keçirilib.

Məktəb kampaniyasını Ətraf Mühitin Mühafizəsi üzrə qeyri-hökumət təşkilatı CENN tərəfindən, İsveçrə təşkilatı HEKS/EPER-in maliyyə dəstəyi ilə həyata keçirilib.


“Biz 2023-cü ildə Marneuli bələdiyyəsində “Marneuli qızların gücləndirilməsi klubu” yaratdıq və bu illər ərzində qızlara məlumat, bilgi verdik. Bu il qızlar klubu üzvlərinin rəhbərlik edəcəyi məktəb kampaniyası yaratdıq. Kampaniya üç müxtəlif məkanda üç görüşün keçirilməsini nəzərdə tuturdu. Mövzular isə vətəndaşların fəallığı, tullantıların idarə edilməsi və ətraf mühitin çirkləndirilməsi, gənclərin bu problemi necə aradan qaldırması ilə bağlı idi. Bu gün iqlim dəyişikliyi və buna davamlı kənd təsərrüfatından danışırıq. Gənclərin bu prosesə qoşulması niyə mühümdür? Məktəb kampaniyalarının məqsədi də bu idi ki, gəncləri öz icmalarında olan problemlər haqqında düşündürək. Gənclərin bir yerə toplaşıb icmamız üçün nələr edə biləcəyimizi müzakirə etmək, ideyaları bölüşmək üçün məkan yaratdıq. Şəhər və kəndlərimizdə qarşılaşdığımız ciddi problemlərin həllində hansı töhfəni verə bilərik? Bu mövzularla bağlı müzakirələr aparırıq”, – Kənd İnkişafı üzrə ofisser, Sofiko Babalaşvili bildirib.

Heyvan hüquqlarının müdafiəsi mövzusunu Marneuli şəhər 6 saylı məkdətində qızların gücləndirilməsi klubunun üzvü Cəmilə Əskərova təqdim edib.

“Mənim çıxışımın əsas məqsədlərindən biri sahibsiz itlərlə bağlı problemlər idi. Bu Gürcüstanda, eləcə də bütün dünyada aktual problemdir. Ancaq Gürcüstanda bununla bağlı görüşlər, müzakirələr aparılmır. Ona görə düşündük ki, gənclər bu problemin həlli yollarını düşünsünlər. Sahibsiz itlərlə bağlı problemlərlə tanış olsunlar, bunun hansı fəaliyyətlə həll olunacağını düşünsünlər”, – Cəmilə Əskərova bildirir.

Gülgün Məmmədxanova üç ildir ki, qızların gücləndirilməsi klubunun üzvüdür. O, hesab edir ki, aktivizm problemlərin həllində mühüm faktorlardan biridir. Gülgün kimi həmin klubun üzvü Natia Hüseynova da hesab edir ki, problemlərin həllində gənclərin rolu böyükdür.

“Ümumiyyətlə, Marneulidə məlumat çatdırmaq bir az çətindir. Xüsusilə bəzi kəndlərdə, məsələn bizim bu gün gəldiyimiz Böyük Muğanlı kimi kəndlərdə. Biz burada həmyaşıdlarımızla görüşürük və ekologiya, konkret olaraq davamlı inkişaf məqsədləri, davamlı kənd təsərrüfatı, gənclərin iştirakı haqqında məlumat veririk. Biz də gənclərik və bu məlumatlar kənd təsərrüfatının inkişafı üçün çox mühümdür. Çalışırıq, buna dəstək göstərək”, – Natia Hüseynova bildirir.

Qeyd edək ki, CENN 2021-ci ildən İsveçrə təşkilatı HEKS/EPER-in maliyyə dəstəyi ilə Marneuli bələdiyyəsində “İqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı PRAİSE Marneuli” layihəsini həyata keçirir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google