Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstan Baş naziri İrakli
Kobaxidzeni “ukraynalaşdırma” ifadəsindən istifadə etdiyinə görə
tənqid edib.
XİN-in məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, Ukraynanın
adının təhqiramiz kontekstdə istifadəsi Ukrayna-Gürcüstan
münasibətlərinə əlavə ziyan vurur.
Bəyanatda Kiyevin “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinin parlamentdə nəzərdən keçirilməsi ilə əlaqədar olaraq
Gürcüstanda daxili siyasi vəziyyətin ağırlaşmasından narahatlıq
keçirdiyi qeyd olunub.
“Biz bütün aidiyyəti tərəfləri Gürcüstan
vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə və
konstruktiv dialoq vasitəsilə həll yolu tapmağa çağırırıq.
Vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən
vətəndaş cəmiyyətinin sosial əhəmiyyətli məsələlərin həllinə cəlb
edilməsi ölkənin Avropa gələcəyinin qurulması üçün zəruri
şərtlərdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bu qanun layihəsinin
əleyhinə yönəldiyini iddia etdiyi “ukraynalaşma” təhlükəsi ilə
bağlı şərhləri narahatlıq doğurur.
Ölkəmizin adının belə təhqiramiz kontekstdə çəkilməsi
Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur. Gürcüstan üçün
real təhdid "ruslaşma"dır, mifik “ukraynalaşma”
deyil”, - bəyanatda qeyd olunub.
Bəyanatda qeyd olunub ki, Ukrayna Gürcüstanda sülh mühitində
maraqlıdır və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi
bütövlüyü və suverenliyinə sarsılmaz dəstək göstərib, bu dəstəyi
davam etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.