Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri Davit
Sonğulaşvilinin rəhbərliyi ilə Gürcüstanın parlament nümayəndə
heyəti Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə
görüşüb.
Milli Məclisin sədrinin görüşdə qeyd etdiyi kimi, gürcü və
Azərbaycan xalqlarının ortaq mədəni dəyərləri var, əsrlər boyu
dostluq və mehriban qonşuluq şəraitində birgə yaşayıblar və ölkələr
arasında münasibətlər məhz bu möhkəm təməl üzərində qurulub.
Görüşdə parlamentlərarası əməkdaşlığın Azərbaycan ilə Gürcüstan
arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib
hissələrindən biri olduğu vurğulanıb.
“Milli Məclisin sədri ilə çox mühüm və işgüzar
görüşümüz oldu. Görüşdə Gürcüstanla Azərbaycan arasında
münasibətlərin strateji əhəmiyyətindən danışdıq. Bugünkü geosiyasi
vəziyyətdə regionda birgə həyata keçiriləcək layihələrin, o
cümlədən “Orta Dəhliz”in inkişafı və onun potensialından maksimum
istifadənin nə qədər əhəmiyyətli olduğu qeyd edilib. Tərəflər iki
ölkənin güclənməsinə töhfə verəcək iqtisadi layihələr üzərində
birgə işləmək barədə razılığa gəldik” - deyə Davit
Sonğulaşvili açıqlayıb.
Gürcüstanın parlament nümayəndə heyətinin tərkibinə daxildir: Aqrar
məsələlər komitəsinin sədri Qela Samxarauli, parlamentin üzvləri –
Bejan Tsakadze, İrakli Zarkua və Qiorqi Xaxubia.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataridze iştirak
edib.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.