Covid-19 pandemiyası zamanı 2 minə yaxın vətəndaşa tətbiq olunana cərimələr silinəcək
Gürcüstan hökuməti qanunvericilik təşəbbüsü üzərində işləyir, ona əsasən, 2000 nəfərə qədər insan koronavirus pandemiyası zamanı tətbiq edilən cərimələrdən azad olunacaq. Məsələ hökumətin iclasında müzakirə olunacaq, daha sonra parlamentə göndəriləcək.

Baş nazir İrakli Kobaxidze bəyan edib ki, 1855 nəfər və 38 şirkət bundan sonra cərimə ödəməli olmayacaq. Ümumilikdə söhbət 5.600.000 laridən gedir.

“Artıq bir neçə ildir ki,
vətəndaşlarımız cərimələrlə üz-üzə qalıb, onların götürülməsi, fikrimizcə, tamamilə əsassız olardı”,
- İrakli Kobaxidze bildirib.

İki ilə yaxındır ki, Gürcüstanda müştərək qaydalar ləğv edilib. Pandemiya zamanı, 2020-ci ilin mart ayından etibarən Gürcüstanda təcrid, hərəkət, toplaşmalar və maskalardan məcburi istifadə ilə bağlı məhdudiyyətlər də daxil olmaqla ciddi məhdudiyyətlər tətbiq olunur.

Gürcüstan parlamenti 2021-ci ildə tətbiq edilən cərimələrə amnistiya elan etdi, baxmayaraq ki, bundan sonra da müəyyən qaydalar qüvvədə idi. Ləğv edilməsi hökumətin iclasında müzakirə olunan cərimələr bu müddətdən sonra tətbiq edilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print E-mail
FaceBook Twitter Google