Marneulinin uşaq bağçalarında tədris prosesi 15 sentyabrdan
başlayacaq.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, 2022-2023-cü ildə Marneulinin 11
uşaq bağçasında təhsil prosesi bərpa olunacaq.
“11 bağçada təhsil prosesi yenilənəcək, təxminən 15-20 günə 1 saylı
uşaq bağçası da çılacaq. Orada təmir işləri artıq başa çatıb və
inventarın alınmasını gözləyirik. Tender də elan olunub. Bir az
sonra yeni tikilmiş bağçada da təhsil başlayacaq. Həmin bağça
elevator məntəqəsində tikilib. Ancaq dəqiq vaxt məlum deyil. Qeyd
olunan bağçada da təmir işləri son mərhələdədir. Bu bağçada üç qrup
var” – Kərəmov dedi.
Marneuli bələdiyyəsinin 14 uşaq bağçasından 2 bağçada təhsil
prosesi bərpa olunmayacaq. Qızılhacılı uşaq bağçasında təmir işləri
aparılır və Şaumiyani bağçası illər ərzində qəzalı
vəziyyətdədir.