Marneuli məktəbləri qışda nə ilə isidiləcəklər?
Qış mövsümünün yaxınlaşması ilə yanaşı məktəblərdə istilik sisteminin qurulması da lazım olur.

Marneuli miqyasında təhsil müəssisələrinin əksəriyyəti mərkəzi istilik sistemi ilə isidilir. Amma isinmək üçün hələ də sobadan istifadə edən məktəblər yenə də var.

Marneuli Təhsil Resurs Mərkəzindən “Marneuli” radiosuna bildirdilər ki, bələdiyyə miqyasında 24 məktəb soba ilə isidilir. Resurs Mərkəzin rəhbəri Əli Qəhrəmanovun sözlərinə görə, Gürcüstan Təhsil və Elm Nazirliyi 24 məktəb üçün odun briketləri alacaq.

“Bizim bir neçə məktəbimizdə büdcə kifayət etmir. Belə məktəblər üçün biz Təhsil Nazirliyindən çatışmazlıq olaraq hər ay pul tələb edirik. Deyək ki, əməkhaqqı və ya kommunal istiqamətdə çatışmazlıq varsa, belə hallarda pul tələb edirik və göndərirlər. Təhsil Nazirliyi tərəfindən doldurmaq üçün forma göndərilmişdi və biz həmin formanı doldurduq. Məktəblərin briketləri almaq üçün kifayət qədər pulu olmadığını qeyd etdik. Müvafiq olaraq, Təhsil Nazirliyi məktəblərə özü bunu paylayacaq”.

Gürcüstan Təhsil və Elm Nazirliyi odun briketlərini almaq üçün artıq tender elan edib. Marneuli Təhsil 
შეშის ბრიკეტი
Resurs Mərkəzinin rəhbəri “Marneuli” radiosuna bildirdi ki, əgər mərkəzi istilik sistemi ilə isidilən məktəblərin kommunal ödənişlər üçün pulu kifayət etməzsə, Təhsil Nazirliyi onlara əlavə pul köçürəcək.

“Marneuli” radiosu məktəblərinin isidilməsi üçün istifadə olunan materialın qiymətini ayınlaşdırmaq briketlər istehsal edən bir neçə şirkətlə əlaqə saxladı. Şirkətlərdən bildirdilər ki, bir ton briketin dəyəri təxminən, 1200 laridir.

Marneuli miqyasında ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Bunlardan 50-si mərkəzi istilik sistemi, 24-ü isə soba ilə isidilir.

Print E-mail
FaceBook Twitter Google