Marneuli Gender Bərabərliyi Şurasının üzlərinin sayı artıb
Marneuli bələdiyyəsinin Gender Bərabərliyi Şurasının üzvlərinin sayı artıb.

Marneuli Bələdiyyə Məclisi 20 oktyabr tarixində şura üzvlərinin sayında dəyişiklik edilməsi barədə qərar qəbul edib. Məsələni müzakirəyə çıxaran meriyanın Gender Bərabərliyi Şurasının katibi İa Esebua Bələdiyyə Məclisinin iclasında bildirdi ki, meriya və Bələdiyyə Məclisi əməkdaşları şuraya üzv olmaq istəklərini bildiriblər.

“Bildiyiniz kimi, Marneuli meriya və Bələdiyyə Məclisinin bir neçə əməkdaşı meriyanın Gender Bərabərliyi Şurasına üzv olmaq istəklərini bildiriblər. Onlar Gender Bərabərliyi Şurasının müxtəlif fəaliyyətlərində iştirak etmək istəyirlər. İndiki mərhələdə 30 nəfər şura üzvü var idi. Amma bir nəfər şuranı tərk edir. Çünki artıq meriyada işləmir, beş nəfər isə əlavə olunur”,
– İa Esebua bildirib.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları Lika Kamuşadze, Səmayə Məmmədova və Davit Nikuridze, Bələdiyyə Məclisindən isə Reona Axobadze Marneuli Gender Bərabərliyi Şurasına üzv olmaq istəyir.

Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Bələdiyyə Məclisi və meriya əməkdaşlarını Gender Bərabərliyi Şurasına fəal olaraq qoşulmağa çağırıb.

“Biz dəfələrlə bununla bağlı qeyd etmişik ki, əksinə, kiminsə Gender Bərabərliyi Şurasına qoşulmaq istəyi varsa, bunu alqışlayırıq. Say məhdud deyil, sadəcə bizə müraciət etməlisiniz. Yaxşı olar ki, bu istiqamətdə təcrübəsi olan adamlar qoşulsun”,
– Amiran Qiorqadze bildirib.

Qeyd edək ki, 20 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş tutub. İclasda 9 məsələ müzakirəyə çıxarılıb və hər biri ilə bağlı müsbət qərar qəbul edilib.

Print E-mail
FaceBook Twitter Google