Meriya Marneulinin bəzədilməsi üçün 199 900 lari dəyərində tender elan edib
Marneuli bələdiyyəsi 2023-cü ilin gəlişinə hazırlaşır.

Yerli özünüidarə Marneuli şəhərində küçələrin bəzədilməsi/yeni il bəzəkləri-çilçıraqların alınması, quraşdırılması, mövcud olan bəzəklərin bərpası (quraşdırılması-sökülməsi), dizayner xidməti ilə birlikdə smeta sənədləri ilə bağlı 199 900 lari dəyərində tender elan edib.

“Marneuli şəhərinin küçələrində hər il yeni il çilçıraqları quraşdırılır. Yeni 2023-cü ilin gəlişi ilə əlaqədar yeni il işıqları yenidən müxtəlif məkanlarda quraşdırılacaq və mərkəzi yolka işıqlarla bəzədiləcək. Həmçinin, ehtiyaca uyğun olaraq, əlavə məkanlarda da işləri sifariş verənlə razılaşma əsasında, qeyd olunan layihə çərçivəsində ötən il alınmış işıqların bərpası/quraşdıırlması qismən həyata keçiriləcək.

Qismən isə yeniləri alınacaq-quraşdırılacaq. Yeni il ərəfəsində şəhərin bəzədilməsi üçün lazım olan hər şey - Marneuli şəhərində küçələrin bəzədilməsi/yeni il bəzəkləri-çilçıraqların alınması-quraşdırılması/mövcud bəzəklərin bərpa edilməsi (quraşdırılması-sökülməsi) dizayner xidməti ilə (dizayner xidmətinin dəyəri ümumi hesabın/müqavilə dəyərinin 5%-dən artıq olmamalıdır) birlikdə (sifariş verənlə razılıq əsasında) həyata keçirilsin.

Yeni il işıqlarının quraşdırılacağı yerləri sizə təqdim edirik:

• 26 may küçəsi – “Yenə də böyüyəcəklər” parkı
• 26 may küçəsinin işıqlandırılmasına girişdən başlanılacaq, arka yaradılacaq
• 26 may küçəsi meydana qədər işıqlandırılacaq, dirəklər çilçıraqlarla bəzədiləcək
• 26 may küçəsi meydandan sonra Qızılhacılı körpüsünə qədər işıqlandırılacaq
• Səməd Vurğun küçəsi tam, meydan Tsereteli döngəsinə qədər
• Meriya binası, Mədəniyyət evi
• Rustaveli körpüsünə qədər
• Körpüdən bazara qədər
• Bazardan kanala qədər
• Kanaldan Ata Holdinqə qədər
• Ata Holdinqdən Nərimanov dairəsinə qədər
• Nərimanov küçəsi


Lazım gələrsə, sifarişçi ilə razılıqla əlavə 3 (üç) məkan.

Qeyd olunan tenderdə iştirak etmək istəyənlər 2-5 dekabrda təkliflərini təqdim edə bilərlər.

Qeyd edək ki, ötən il Marneulinin bəzədilməsinə 195 000 lari ayrılmışdı.


Print E-mail
FaceBook Twitter Google