Eyniadlı sosial şəbəkənin sahibi olan “Tviter” kompaniyasının EMEA
regionunda (Avropa, Yaxın Şərq və Afrika ölkələri) reklam gəlirləri
ötən illə müqayisədə 15 faiz azalıb.
EMEA regionunda “Tviter” platformasına reklam sifarişlərində 49
faizlik azalma qeydə alınıb. Analitiklərinin hesablamalarına
əsasən, kompaniya Avropa, Yaxın Şərq və Afrika ölkələrində
reklamdan 15,7 milyon dollar itirə bilər.
Noyabrın əvvəlində marketinq məlumatlarını təhlil edən “The
Washington Post” qəzeti “Tviter” sosial şəbəkəsi ilə əməkdaşlıq
edən 100 ən böyük şirkətin reklamçılarının üçdə birinin platformada
reklamı dayandırdığını yazıb. Nəşrin məlumatına görə, sahibkar İlon
Mask tərəfindən satın alınan “Tviter” hələ də reklamdan xeyli
dərəcədə asılıdır. Ötən il kompaniyanın 5 milyard dollarlıq
gəlirinin təxminən 90 faizi reklamın payına düşüb, qalan hissəsi
isə lisenziya və digər xidmətlər vasitəsilə əldə olunub.
Mənbə: Azertag.az