Çində son sutkada 35 minə yaxın insanda koronavirus aşkarlanıb
Çində son sutkada 34 980 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, yoluxmanın aşkarlandığı şəxslərdən 30 702 nəfərdə xəstəlik simptomsuz, 4 278 nəfərdə isə simplomlu qeydə alınıb.

Qeyd edək ki, srağagün Çində qeydə alınan yoluxma hallarının sayı 36 061 olub.
Mənbə: report.az

Print E-mail
FaceBook Twitter Google