Qoç - hər şeyi və həmişə nəzarətdə saxlamaq mümkün deyil.
Bəzi işləri vaxtında görmək üçün etibar etdiyiniz adamla çalışın.
Situasiya təbii axarında inkişaf etsin.Siz isə daha önəmli
məsələlərin həllinə can atın. Dəyər verdiyiniz insanla günün ikinci
yarısında qayğıkeş, səmimi olun. Axşam saatları romantik təmaslar
üçün əlverişlidir.Vəziyyətə təsir etmək olar.
Buğa - görülən işlərin miqyası və
nəticəsindən asılı olmayaraq
natamamlıq, narazılıq hissləri yarana bilər. Həddən artıq enerji,
habelə ağır zəhmət tələb edən işə başlamayın. Rutin işlərlə məşğul
olun, yaşamın yeknəsək ritminə kobud müdaxilə etməyin.Günün ikinci
yarısında texnika almağa dəyməz. Qəti qərar qəbul etməyə güc tapın,
başqalarından asılı qalmayın. Müqavimətin daha az, sədlərin daha
seyrək olduğu istiqaməti seçin.
Əkizlər - mümkün qədər ehtiyatlı olun. Sərvaxt davranın,
illüziyalara qapılmayın. Qərarlarınız düşünülüb-daşınılmış, məntiqi
olmalıdır. Hisslər burulğanına düşsəniz, ağır fəsadlı səhvlər
istisna deyil.Günün ikinci yarısında rəqiblə qarşıdurmanızın
nəticəsi seçiminizdən asılıdır. Yaxınlarınızla təmaslarda
çətinliklər yarana bilər. Ötənlərdə pərdələnmiş sirr faş olacaq və
bu, ünsiyyətə təsir edəcək.
Xərçəng - yaxın ətrafınızdakı insanların yardımlarından boyun
qaçırmayın. Onlar sizə dəstək verməyə çalışırlar. Yaradıcı
fəaliyyətlə məşğulsunuzsa, işlərinizdə ciddi irəliləyişlər olacaq.
Yeni tərəfdaş və ya dost qazana bilərsiniz.Günün iikinci yarısında
sürprizlər olacaq. Enerji potensialınızın səviyyəsininin aşağı
düşməsi səbəbindən iştahınız artacaq. Tamahınıza məğlub olmayın.
Axşam saatlarında dostlarla görüşmək olar.
Şir - İfrat mülayimlik, kompromisslərə ifrat meyllilik pis nəticə
verə bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla səmimi
olsanız, münasibətləri qoruya bilərsiniz. Yaxşı məziyyətlərinizi
nümayiş etdirin. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.Günün
ikinci yarısında qarşınıza çıxan və sizə maneələr yaratmağa can
atan adama rəhm etməyin. Aktiv olun, süst davranmayın. Bununla
belə, ehtiyatı da əldən verməyin. Bütün vasitələri işə salaraq
məqsədə mümkün qədər tez çatmaq ideyasını unudun.
Qız - gərgin və ziddiyyətli, ağır gündür. Problemlərin miqyasını
həddən artıq artırmayın. Kiçik qələbələri görməyi bacarın. Ən kiçik
səhvin fəsadları aradan qaldırılmasa, situasiya ağırlaşacaq. Yaxın
ətrafınızdakı insanların məsləhətlərinə çox önəm verməyin.Günün
ikinci yarısında qohumlarınızın dəstəyinə ehtiyacı var. İşdə və
ailədə münaqişələr yarana bilər. Fəaliyyət müstəvisindəki
problemləri vaxtında həll etməyə can atın. Əks təqdirdə,
çətinliklər xroniki forma ala bilər. Güzəştə getməyi unutmayın.
Tərəzi - səbrli, təmkinli olmağa çalışın. Yaxşı tanımadığınız
insanlara izafi önəm verməyin. Soyuqqanlı və məntiqli
davranmasanız, dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz.
Münaqişəyə səbəb olmayın. Emosional fon stabil deyil. Ziddiyyətli
açıqlamalar səbr kasanızı daşdırmasın. Günün ikinci yarısında dəvət
aldığınız tədbirə yollanmayın. Adamların gur olduğu yerdə özünüzü
yaxşı hiss etməyəcək, nevroz vəziyyətdə olacaqsınız. İrimiqyaslı
anlaşmalar və müqavilələr zamanı deyil.
Əqrəb - bəzi hadisələr ətrafınızdakı insanlarla münasibətlərə təsir
edə bilər. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Mədəniyyətsiz,
qaba insanlardan uzaq durun. Situasiya əlverişsiz olarsa,
amiranəlik eşqinə düşməyin. Günün ikinci yarısında bələd
olmadığınız insanlara irad bildirməyin. Şəxsi münasibətlərdəki bəzi
nüanslar təşviş yarada bilər. Qısqanclıq etməyin, fərdiyyətçiliyə
qapılmayın.
Oxatan - riskli addımlar atmaqdan çəkinməyin, çoxdan bəri
planlaşdırdığınız addımı atın. Qərarınız ilk baxışdan təhlükəli
təsir bağışlasa da, nəticə sizi sevindirə bilər. Yaxın ətrafınzdakı
insanlara nəzarət istəklərindən əl çəkin.Günün ikinci yarısında baş
verən hadisələrə obyektiv nəzər salın. Əhvalınızın dəyişməsi bəzi
işlərin ertələnməsinə səbəb olacaq. Axşam saatlarında sevdiyiniz
insanla ünsiyyət sizi nevrozdan və depressiyadan qurtara bilər.
Oğlaq - aktiv fəaliyyət üçün əla gündür. Çətin məsələləri həll
etmək, mürəkkəb texniki problemləri çözmək gərəkdir. Enerji
potensialınızın səviyyəsi yüksəkdir. Fəaliyyətinizi faydalı,
gərəkli məcraya yönəltsəniz, yaxşı nəticələr əldə edəcəksiniz.
Günün ikinci yarısında texnika, proqramlaşdırma və ya
kommunikasiyalar sahələrində irəliləyişlərə can atın. Yumor hissi
ailədəki bəzi problemləri yumşaltmağa və çözməyə imkan verəcək.
Yaxınlarınız belə davranışı dəyərləndirəcəklər. Sevdiyiniz insan
üçün kiçik bayram hazırlayın.
Dolça - fikirləriniz və niyyətləriniz pis olmaya bilmir. Amma
inadkar, aqressiv olsanız və üstəlik, yaxın ətrafınızdakı insanlara
nəzarət etməyə çalışsanız, belə davranış mübahisələrə, hətta
toqquşmalara səbəb olacaq.Bilavasitə öhdənizdəki işlərlə məşğul
olun. Başqalarına necə yaşamağın gərəkdiyini öyrətməyin.Günün
ikinci yarısında bütün işlərlə bağlı təkbaşına qərar vermək
istəyiniz ailə üzvləri ilə münasibətləri korlaya bilər.
Yaxınlarınızın səvləri barədə ucadan danışmayın, bu məsələləri
geniş müzakirə obyektinə çevirməyin. Mənasız və yersiz iradlar
ünsiyyəti korlayacaq.
Balıqlar - peşəkar fəaliyyət müstəvisində aktiv hərəkətlər üçün
əlverişli zamandır. Fiziki əməkdə fayda var. Uzaq yola çıxmaq olar.
Mövqelərini müdafiə edəndə, maraqlarınızı qoruyanda ifrata
varmayın.Enerjinizdən effektiv istifadə edin. Günün ikinci
yarısında narazılıq və aqressiya hissləri sizə hakim olmasın. Şəxsi
münasibətlərdə nizam var. Dostlar və ya tanışların yaşamınıza sərt
müdaxiləsinə imkan verməyin. İntriqalar hazırlayan adamı
aşkarlayanda emosional davranmayın.