Günün ulduz falı - 22 dekabr
Qoç - hər hansı fəaliyyət üçün qənaətbəxş vaxt olmadığından bu
təqvimi daha çox istirahətə həsr etməyiniz məsləhətdir. Əgər
ovqatınız imkan versə, yaxınlarınıza baş çəkməyə çalışın.
Buğa - səhhətinizi qoruyun ki, bu təqvimi xoş ovqatda keçirəsiniz.
Ələlxüsus da əzələlərinizə diqqət yetirin. Günün ikinci yarısında
perspektivli görüşlər və pul gözlənilir.
Əkizlər - dekabr ayının ən uğurlu günlərindən birini
yaşayacaqsınız. İkitərəfli əməkdaşlıqda, maliyyə məsələlərində hər
şey ürəyinizcə olacaq. Amma sevdiyinizə qarşı mülayimlik
göstərməlisiniz.
Xərçəng - yaxşı olar ki, bu təqvimdə əsas diqqətinizi sevgi amilinə
yönəldəsiniz. Bu, rahatlığınızı təmin etməklə bahəm, növbəti günlər
üçün də sevindirici məqamlarla üzləşəcəyinizə təminat verəcək.
Şir - hər mənada uğurlu bir gün yaşayacaqsınız. Bir tərəfdən
iştirakçısı olduğunuz proseslərin ahəngdarlığı, digər tərəfdənsə
şəxsi işlərinizdə dönüş yaranması ovqatınızı xeyli yüksəldəcək.
Qız - aldanma ehtimalınız var. Bu səbəbdən də bələd olmadığınız
insanların sözlərilə oturub-durmayın. Yarımçıq işlərinizi
yekunlaşdırın. Nahardan sonra səhhətinizin qayğısına qalın.
Tərəzi - qarşınızda səmərəli bir gün durur. Xoşxasiyyət adamlarla
rastlaşacaqsınız. Bu, gələcək planlarınızın reallaşmasına kömək
göstərə bilər. Müqəddəs ziyarətgahlara getməyi də unutmayın.
Əqrəb - astroloji göstəricilər ciddi işlərlə məşğul olmağınızı
tövsiyə edir. Maliyyə durumunuzun düzəlməsinə az qaldığı üçün
usanmamalısınız. Kənar təsirlərə isə qətiyyən aludə olmayın.
Oxatan - hazırkı enerjinizi mövcud reallıqdan çıxış yolu tapmağa
həsr edin. Qəlbiqara adamlarla ünsiyyəti azaltmağa çalışın. Daha
çox öz qərarınızla hərəkət edin. Boş yerə pul xərcləməyin.
Oğlaq - risk etmək məcburiyyətində qaldığınız güman olunur. Belə
məqamlarda tərəddüd etməyiniz yersizdir. Əmin olun ki, cəsarətiniz
hesabına çox şeyə nail ola bilərsiniz.
Dolça - gözləmədiyiniz halda sizə dəstək verilə bilər. Bunun üçün
aktivliyinizi birə-beş artırmalı, daxili süstlüyə qapılmamalısınız.
Günün ikinci yarısında mərhumlarınızı yad edin.
Balıqlar - yeni əlaqələr yaratmaq, görüşlər təşkil etmək və gələcək
planları yenidən götür-qoy etmək üçün şanslarınız artacaq. Nahar
ərəfəsində isə xoş təsadüflərlə rastlaşa bilərsiniz.