Bildiyimizə görə bir çox pəhrizlər ümumiyyətlə rasiondan ət
məhsullarının qəbulunu minimuma çatdırmaqla həyata keçirilir.
Bu düzgün deyil, çünki bu artıq balanslaşdırılmış qida
sayılmır.Həmçinin ətin tərkibində olan maddələr heç bir digər
məhsulda yoxdur. Buna misal - zülalı qeyd etmək olar.
Toyuq ətini tərkibində bütün B qrup vitaminləri, amin turşuları və
mineral maddələr(maqniy, fosfor, kalsiy, yod, mis, kaliy və s.)
vardır. Həmçinin onun tərkibində olan turşular - insult, infarkt,
ürəyin işemik xəstəliyi, hipertoniya və digər xəstəliklər haqda
xəbər verir. Digər ət məhsullarından fərqli olaraq toyuq əti çox
yağlı deyil, məhz bu səbəbdən onu az kalorili yeməklər sırasına aid
edirlər.
Toyuq mono pəhrizinin mahiyyəti
Toyuq monopəhrizini 5-7 gün olmaqla 3 ayda bir dəfə saxlamaq
məsləhət görülür. Gündəlik qida rasionu 1200-1300 kkal-dən yüksək
olmamalıdır. Mono pəhriz üçün ən münasib döş ətidir ki, onda yağın
miqdarı ən aşağı dərəcədədir. Bu pəhriz zamanı şəkər duz,un
məmularları, yağlı və qızardılmış yeməklərdən imtina etmək lazımdr.
Yeməklər arası - yaşıl çay, müxtəli bitki çayları və ya adi su
içmək lazımdır.
Beləliklə resept
Əgər 5 gün üçün nəzərdə tutulmuş bu pəhrizdən istifadə etsəniz, 2-5
kq çəki itirə bilərsiniz.
İlk 3 gün üçün menyu eynidir: 500 qr döş ətini 6 dəfəlik
porsiyalara ayırın. Bu yeməklərin arasında mümkün qədər çox maye
içməyi unutmayın.
4 - cü gün: 300 qr döş ətini 5 dəfəlik porsiyalara ayırn. Axşam
üçün isə özünüzə 1 xiyar və pomidordan salat düzəldin.
5 - ci gün: çalışın yalnız maye için. Çox çətin olduqda 1 portağal
və ya 2 dilim çovdar çörəyi yeyə bilərsiniz.
Şərhlər
Bu mono pəhriz çox effektiv və demək olar ki hamı üçün uyğundur.
Lakin mədə -bağırsaq sistemində xroniki xəstəlikləri olan insanlar
üçün məsləhət görülümür. Bu mono pəhrizə başlamamışdan öncə
həkiminizlə məsləhətləşmək yaxşı olar...
Saglamolun.Az