Xurmanın faydaları saymaqla bitmir. Bir çox önəmli vitamin, mineral
və lif qaynağıdır. 100 qram xurmada 2.5 qram protein, 656 milliqram
kalium, 75 qram karbohidrat, 43 milliqram maqnezium mövcuddur.
Bu bitki beyin və sümük sağlamlığını dəstəkləyir, içərisində güclü
antioksidantlar var.
Xüsusilə, pəhriz saxlayan və şəkərdən uzaq durmağa çalışanlar üçün
xurma ideal bir qidadır.
Şirniyyat kimi
yeyilən, şəkər ehtiyacını sağlam şəkildə qarşılayan
xurmanın tumu da çox faydalıdır.
Xurmanın tumu qaraciyər və böyrəkləri qoruyur. Bununla yanaşı,
bədəndəki bütün toksinləri atır. Eyni zamanda, böyrək daşının
düşməsinə də kömək olur. Öd daşının müalicəsi üçün də istifadə
olunur.
Bu həm də sızanaq izi, qara nöqtə kimi dəri problemləri yaşayanlar
üçün faydalıdır. Bu maskanı hazırlamaq üçün xurma tumunu əzib bal
ilə qarışdırın. Daha sonra bir fırça, ya da nəm pambıq ilə dərinizə
vurun.
5 dəqiqə keçdikdən sonra ilıq su ilə durulayın.
Saglamolun.Az