Bəzi qida və içkilər acqarına qəbul edilməməlidir.
Sağlam qidalanmanın vacibliyinə diqqət çəkən mütəxəssislər bu
qənaətə gəliblər.
Belə ki, sağlam olduğunu düşünərək səhər saatlarında qəbul edilən
bəzi qidalar həzm problemləri, şişkinlik və halsızlıq kimi
problemlərə gətirib çıxara bilər.
Mütəxəssislər səhər yeməyi üçün proteinlə zəngin qidaların və lifli
qidaların uyğun olduğunu bildirirlər.
Müntəzəm səhər yeməyi qanda
şəkərin səviyyəsini tarazlaşdırmaqla
yanaşı, həm də enerji mənbəyidir və diqqətin cəmlənməsi ilə bağlı
problemləri aradan qaldırır.
Mütəxəssislərin açıqlamalarına görə, səhər yeməyində yaşıl çay,
yulaf əzməsi, badam, qatıq, yumurta, meyvə, çia toxumu və ilıq
limonlu su kimi qidalara yer verilə bilər.
Mütəxəssislərin fikrincə, qızartmalar, tərkibində rafinə edilmiş
şəkər olan qidalar, qəhvə, tərkibində ədviyyatlar olan qidalar,
sitrus tərkibli qidalar isə acqarına istehlak edildikdə müxtəlif
problemlər yarada bilər.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.